"Shafaqna"-ya istinadən verilen xəbərə görə, Səudiyyə Ərəbistanı kralının Parisdə yaşayan nəvəsi Türki ibn Bəndər ibd Məhəmməd ibn Əbdurrəhman Ali Səud, Səudiyyə Ərəbistanında şiəlik əleyhinə "Revafiz" adlı şəbəkənin olduğunu deyib.
"Revafiz" şəbəkəsinin büdcəsinin Tunis, İordaniya və Yəmən hökumətlərinin büdcəsi qədər olduğu və şiəlik əleyhinə hər tərəfli işlər apardığını bildirən Türki, hətta satılmış şiə alimlərinə milyonlarla dollar verərək, bu məzhəbi zəiflətmək və çirkin göstərməyi hədəfləndiyini bildirib. Bu şəbəkə şiəliyi çirkin göstərmək üçün yalan-yalnış məlumatlarla dolu kitab və braşurlar çıxardaraq, Həcc və Ümrə zamanı gələn zəvvarlara paylayırlar. Hətta bəzilərində şiələrin öldürülməsinin zəruri və fəzilətli olduğu da qeyd edilir.
O, "Şiələr Həzrəti Huseyni (ə) ziyarət edərək, Allaha yaxınlaşmaq istəyirlər. Amma sələfilər şiələri öldürməklə hər nə qədər Allaha yaxınlaşdıqlarını düşünsələrdə, əslində şeytana yaxınlaşırlar" deyib.
Şiələr günah etmirlər. Halbuki sələfilər ən böyük günahlardan olan və İslamın şiddətlə qadağan etdiyi cana qıymaq cinayətini törədirlər. Sələfilərin Əhli-Beyt təqibçilərini öldürmək kimi bir haqqları yoxdur. Çünki onlarla aralarında yalnız əqidə fərqləri vardır.
Ərəbistanda kralı tənqid edənlər saray alimləri tərəfindən kafir olmaqda ittiham edilir. Keçmişdə şiələrin Əbu-Bəkr, Ömər və Osmanın xilafətini qəbul etmədiklərini bu cür alimlərdən eşidirdik. Halbuki bu gün mənim üçün isbat olunmuş bir həqiqət var. Həqiqət budur ki, hökumətin başındakı siyasətçiyə müxalif olan şəxs, saray alimləri tərəfindən kafirlikdə ittiham edilir. Üç xəlifə də siyasətçi olduqları üçün onlarla müxaliflik etmək haqqının olması demokratiyanın elə özüdür. Şiələrə Rafizi deyilməsinin əsl səbəbi elə müxalif olmalarıdır. Fəqət görünən budur ki, şiələr xəta etməyiblər.
Türki ibn Bəndər, yaxın zamanlarda Fransa vətandaşı olacağını və parlament seçkilərində iştirak edəcəyini bildirib. Səudiyyə Ərəbistanın rəhbərlərinin namaz saatlarından başqa sərxoş olduqlarını, millətin malını qəsb edərək rəqqasə qadınlara və qatil kişilərə xərclədiklərini bildirib.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев