İraqın paytaxtı Bağdadda şənbə günü baş vermiş bir neçə terror aktı nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb, ən azı 150 nəfər tibbi yardıma müraciət edib.
"RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisənin məsuliyyətini "Əl-Qaidə" terror təşkilatına yaxın radikal "İraq və Levant İslam dövləti" sələfi qruplaşması üzərinə götürüb. Qruplaşmanın göndərdiyi məktubda qeyd edilir ki, terror aktları hökumətin apardığı anti-terror əməliyyatlarına bir cavabdır.
Bundan əvvəl 60 nəfərin öldüyü, 140 nəfərin isə yaralandığı bildirilirdi.
Son məlumatlara görə, şənbə günü Bağdadda 12 avtomobil partladılıb. Terror aktları əsasən ticarət mərkəzlərinə yaxın - əhalinin sıx olduğu yerlərdə həyata keçirilib.
#новости
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев