Xameneyi Heydər Əliyevi danışıqlar keçiriləcək zalın
qarşısında qarşıladı. İki əlli görüşdü. Azərbaycan dilində sözə
başlayıb hal-əhval tutdu.
Heydər Əliyev özünəməxsus ərkyanalıqla xameneyinin
doğulduğu yerə - Təbriz yaxınlığındakı məşhur Xamnə
kəndinə işarə edərək:
- Xamnədə nə var, nə yox? - deyə soruşdu
- Sən Xamnəni də bilirsən? - Xameneyi təəccübünü
gizlətmədi.
- Əlbəttə. Xamnə bizim Azərbaycanda da məşhurdur. Həm də
bu kənd təkcə sizin vətəniniz kimi tanınmır. Azərbaycanın
çox məşhur şəxsiyyətlərindən biri olan Mirzə Fətəli
Axundzadə də sizinlə eyni kənddə doğulub. Yəqin,
Axundzadənin adını eşitməmiş olmazsınız.
- Eşitmişəm, - deyə Xameneyi həvəssiz cavab verdi.
Heydər Əliyevlə Xameneyi arasındakı şəxsi xarakterli söhbət
daha bir neçə dəqiqə çəkdi. Sonra heyətlər masa arxasında
yerlərini tutdular. Xameneyi Azərbaycan Prezidentini fars
dilində salamladı, onun səfərinin tarixi əhəmiyyət daşıdığını
dedi. Təbii ki, farsca İran rejiminin dövlət dili olduğundan
qondarma dini rəhbərin bu dildə danışması anlaşılan idi.
Lakin gözləmədiyimiz halda xameneyi nitqinə ara verən kimi
yanında əyləşmiş tərcüməçi onun dediklərini çox naşı, qeyri-
dəqiq və savadsız şəkildə ruscaya çevirməyə başladı.
Heydər Əliyev “Podojdite!” -deyə elə ilk cümlədən sonra sərt
şəkildə onu dayandırdı. Sonra üzünü xameyniyə tutub dedi.
- ağayi Xameyni! İki dəqiqə bundan əvvəl biz burada öz ana
dilimizdə danışırdıq və biri-birimizi də yaxşıca anlayırdıq.
Mən başa düşürəm ki, bura İrandır, siz də bu dövlətin dini
rəhbərisiniz. Ona görə də rəsmi danışıqlarınızı fars dilində
aparmalısınız. Bunlar aydındır. Amma başa düşmürəm ki, nə
üçün tərcümə rus dilinə edilir?
- Bəs mən elə bilirəm ki, sizin dövlətin dili rus dilidir... - deyə
Xameneyi vəziyyətdən çıxmağa çalışdı.
- Ay kişi, - deyə xameneyinin özünü sadəlövhlüyə
vurmasından əsəbiləşən Heydər Əliyev kəskin şəkildə sözünə
davam etdi.
- Azərbaycan dili sovet hakimiyyəti dövründə də bizim
ölkəmizin dövlət dili idi. Hətta o dövrdə bizim Konstitusiyada
ayrıca maddə ilə dövlətimizin dilinin Azərbaycan dili olduğu
göstərilmişdi. Moskvanın bütün təzyiqlərinə baxmayaraq
dilimizi qorumuşuq, saxlamışıq, zənginləşdirmişik.
Məktəblərimiz, institutlarımız bu dildə olub, idarələrimiz bu
dildə işləyib, kitablarımız, qəzetlərimiz bu dildə çıxıb.
Müstəqillik qazanandan sonra isə biz beynəlxalq miqyasda da
danışıqları öz dilimizdə aparırıq. Haradan sizin ağlınıza gəlib
ki, Moskvanın asılılığından şəhid qanları bahasına qurtaran
Azərbaycan bu gün özünün min illik bir tarixə malik doğma
dilini bir kənara qoyub rus dilindən istifadə edəcək?
Görüşdən sonra Heydər Əliyev deyir:
- Ağayi Xameneyi - dedi - Burada çox məsələlərdən
danışdıq. İndi bilmirəm, hansı yerinə yetəcək, hansı
unudulacaq. Ancaq əminəm ki, bir məsələ həmişə sizin
yadınızda qalacaq - xatırlayacaqsınız ki, Azərbaycan
Respublikasının dövlət dili rus dili deyil, Azərbaycan
dilidir.....
Moderator
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев