açıb Ona dua edərdi. Bir gün
şeytan ona deyir ki: “Ey Allahı çox
anan insan! Bütün gecə “Allah”
deyib çağırırsan. Heç sənə:
“Buyur” deyən varmı? Sənə
cavab verən varmı? Nə vaxta
qədər belə dua edəcəksən?
Həmin şəxsin qəlbi qırılır, başını
yastığa qoyub yuxuya gedir.
Yuxuda ona belə deyirlər: “Özünə
gəl, oyan. Niyə dua və zikri tərk
etdin? Niyə usandın?”
O: “Buyur” deyə bir cavabın
gəlmədi. Qapından qovulmaqdan
qorxuram”, -deyir
Səs: “Sənin “Allah” deməyin,
Onun “Buyur” deməsidir. Sənin
yalvarışın Allahın sənin ruhuna
ilham verməsi, önünü açmasıdır.
Səndəki qorxu, sevgi, ümid Allah
lütfünün kəməndidir. Sənin hər
“Ya Rəbbim!” deyişinin altında
Allahın “Buyur” deməsi var.
Qafilin, cahilin canı, ruhu bu
duadan uzaqdır. Çünki ona “Ya
Rəbbim!” deməyə icazə
verilməmişdir. Onun ağzına da,
dilinə də qıfıl vurulub. Müşkülə
düşəndə ağlayıb sızlamasın deyə
Allah ona dərd, ağrı, qəm, kədər
verməyib.
Bunu başa düş ki, Allaha dua
etməyə, Onu çağırmağa səbəb
olan dərd dünya səltənətindən
daha yaxşıdır.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев