Cənnət sevgisindən öldü ...
Nəql olubdur ki, bir neçə il bundan qabaq sadə bir kişi var imiş. Bərzəx aləminin bir nümunəsini ona yuxuda göstərilməsini təmənna edirmiş. Bir gecə bərzəx Cənnətindən bir qədər ona göstərirlər. O sevindiyindən iki ay ağladı, axırda da öldü.
Nə əzaba səbr etmək mümkündür, nə də ki, rəhmətdən ayrılmağa səbr etmək. Nemətdən məhrum olanların vay halına! Zeynül-abidin əleyhis-salam Allaha ərz edir: Mənə, axırda əzab verəcəksən? Bəs mənim ümidlərim necə oldu? Cənnətdə heç qəm qüssə yoxdur və darus-səlamdır (yəni salamatçılıq evidir.) Allah-Taala Mömin bəndəsini, öz lütfü ilə oddan qoruyur. Buyurur, əməlin təsiri olsa da əsas Allah-Taalanın lütfüdür. Əgər Allah-Taalanın lütfü olmasa əməlin də o qədər faydası olmaz.
Allahın lütfü ilə əməli, səmərə verir (əməmlin nəticəsi olur).
Əkinçi əvvəl yeri belləyir, sonra toxumu səpir. Sonra isə tarlada olan tikan və alaq otunu və s çıxardıb kənara atır. Amma yağış və günəş də lazımdır. Lakin bunlar əkinçinin əlində deyil. O cümlədən, tarlanın səmərə verməsi, çoxalması və bərəkəti də eynilə onun kimidir.
Əgər insan qəsavət, ləcacətli (inadkar) ruhi xəstəliklərindən nicat tapsa, iman toxumu onun qəlbində əkilər. (Belə olan halda) Allahın lütfü günəş kimi onun qəlbinə saçaraq səmərə verər. Əkinçi gərək özü də çalışsın. Məsələn, tikan və alaq otunu özündən uzaqlaşdıra, ibadət yolundakı maneələri aradan apara, yəni bütün günahlardan pəhriz etsin. Həmçinin xeyir iş görəndən sonra, həmin xeyir işi batil edən başqa bir iş görməsin.
Rəvayət olunur ki, məsciddə oturmaq ibadətdir, xüsusən camaatı gözləmək məqsədi ilə. Lakin bu şərtlə ki, dünya söhbəti ilə onu batil etməsin. Elə ki, ibadət yolundakı maneələr aradan getdi, insan böyük dərəcələrə çatar, onu qoruyub saxlamaq xeyir iş görməkdən də çətindir.
“Külu vəşrəbu həni”-ən bima kuntum təməlun.”
Tərifi mümkün olmayan meyvələr və xörəkləri yeyin, için. Təfsirdə yazılır ki, Mömin bir quşu görür, onu yemək istəyir, quş həmin saat onun qarşısında qol qanadı ayrılmış halda kabab olur. Mömin onu yeyir. Yeyəndən sonra “əlhəmdü lillahi rəbbil aləmin” deyir. Birdən həmin quş dirilir və uçur. “Kulu vəşrəbu həniən” dünyada olmayan yeməkləri yeyin için.
Onu hazırlamağın nə qədər zəhməti vardır. Bəzi vaxt yeyəndə boğazda qalır, əgər xoşagəlməz bir hadisə baş versə yeməyin ləzzəti aradan gedir. Əgər heç bir hadisə baş verməsə də bir neçə tikə yeyəndən sonra iştaha ölür və doyur, ləzzət qurtarır.
Xörək odur ki zəhmətsiz, əziyyətsiz və istəyən kimi hazır olsun. Bu cür xörək yalnız behiştdədir. Məqsədim “həniən” kəlməsidir ki, əgər Allah-Taala “həniən” buyurursa, gör nə qədər bunun əhəmiyyəti vardır. İstəyən kimi hazır olan yeməkdir. Hazır olandan sonra da doymaq olmur. Çirkinlik də yoxdur. Həzrəti Salmanın hədisini eşitmisiniz? Seyyid ibni Tavus “Minhacüd-də”vat” kitabında rəvayət edir ki, Salman buyurubdur: Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm vəfat edəndən sonra qəm qüssə içində olduğuma görə on günə qədər evdən çölə çıxmadım. Onuncu gün mövlam Əmirəl Möminin Əli ibni Əbi Talib əleyhis-salamı ziyarət etmək üçün evdən çıxdım. O, Həzrəti görən kimi mənə dedi: Bizə cəfa etmisən? Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm dünyadan gedəndən sonra bizi yaddan çıxartmısan.
Dedim: Allahın Rəsulunun ayrılıq qəmi məni xanəneşin edibdir.
Həzrət buyurdu: İndi get Fatimənin yanına, o səni istəyir və sənin üçün Cənnət töhvəsi hazırlayıbdır. Salman deyir, Fatimənin ziyarətinə sürətlə getdim. O mənə buyurdu: Atamdan sonra bizi yaddan çıxartmısan? Mən dedim: Allahın Rəsulunun ayrılığı məni xanəneşin etmişdir. Fatimə əleyha salam buyurdu: Otur! Sənə dediklərimi başa düş! Keçən gün həmin yerdə oturmuşdum. Evin qapısı bağlı idi. Atamdan ayrıldığıma və vəhyin kəsildiyinə görə qəm-qüssə içində idim. Birdən üç kənizi gördüm, onların qarşısında durdum və dedim: Sizə qurban olum, siz Məkkə əhlisiniz, yoxsa Mədinə əhli? Dedilər: Biz yer əhli deyilik, Cənnət hurilərindənik. Allah-Taala bizi sənin yanına göndərdi. Biz səni görməyə aşiqik. Fatimə əleyha salam buyurdu: Onların birindən (o iki nəfərdən böyük idi.) soruşdum: Sənin adın nədir? Dedi: Mənim adım Məqdudədir. Allah-Taala məni Miqdad ibni Əsvəd Kindi üçün yaradıbdır. O birisindən soruşdum: Sənin adın nədir? Dedi: Zərrədir. Allah-Taala məni Əbuzər Ğəffari üçün yaradıbdır. Üçüncüsündən soruşdum: Adın nədir? Dedi mənim adım Səlimdir. Allah Taala məni Salman Farsi üçün yaradıbdır. Sonra qardan sərin və müşkdən iyi yaxşı olan Cənnət xurmasını mənə verdi. Fatimə əleyha salam həmin xurmadan Salmana verdi və buyurdu: Bu xurma ilə iftar et və dənəsini sabah mənim üçün gətir.
Salman deyir, xurmanı aldım, yolda Allah Rəsulunun əshabı mənə çatanda soruşurdular: Səndə müşk vardır.? Dedim bəli! Xurmanı iftar edəndən sonra gördüm xurmanın tumu yoxdur. Sabahısı günü Fatimə əleyha salam-ın hüzuruna gəldim. Ona dedim ki, həmin xurmanın dənəsi yox idi. Fatimə əleyha salam buyurdu: Düzdür, Cənnət xurmasının dənəsi olmur (hədisin davamı vardır).
Cənnətin başqa bir neməti Mömin üçün hazırlanmış səltənət taxtıdır. “Sürur” sərir kəlməsinin cəmidir. Lakin bu dünyanın taxtları kimi deyil. Cənnət taxtlarının uzunluğu bir milyon və eni iki min ziradır. Onun taxtlarının mismarı cəvahirdəndir.
“Ləalül-əxbar” kitabında nəql olunur ki, onun hündürlüyü 500 il yol məsafəsi qədərdir. Bilmək lazımdır ki, Cənnət taxtlarının hündürlüyünün miqdarı Möminin iradəsindən asılıdır. Çünki, Möminin taxtının hündürlüyündən məqsəd Möminin əhatəsi, səltənəti və ləzzət aparmasıdır. Mömin, Allah-Taalanın Cənnətdə ona verdiyi taxtın yanına gələn zaman o təxt sevinir. Mömin yaxınlaşan kimi taxt aşağı gəlir və sevincindən titrəyir. Ora qəribə yerdir. Dünya heç də rahatlıq yeri deyil. Bura rahatçılıq yeri deyil, bu dünya iş və əməl yeridir. “Məq”ədi sidq” nə deməkdir və onun bəyanı “Əl-qəmər” surəsinin təfsirində deyilibdir ki, “sidq” “kizbin” ziddidir. Bura ləngər salmaq yeri deyil. Yaşayış yeri, ağıllıların yeri deyil. Bu xalqın həmişə etiraz etməsinin səbəbi budur ki, rahatlıq axtararlar və həmişə xəstəliyə, cəhl, qəflət, paxıllıq və s. xəstəliklərinə düçardırlar. Həqiqi oturmaq, istirahət etmək və rahatlığa layiq olan yer yalnız Cənnətdir.
Taxta və sərirə söykənənlərin, başqa taxtı vardır. Onların görüşünə gələn qonaqları və dostları üçün də elə buna görə də “surur” (taxtlar) kəlməsini cəm formasında buyurubdur. “Surur”, yəni taxtlar “məsfufə” kəlməsi bir-birinə bağlanmış bir-birinin yanında (bərabərində) qoyulmuş deməkdir. Nə üçün taxta sərir deyirlər? Çünki, sərir sururdandır, çünki, həm təxtin sahibi səriri görməklə şadlanır, həm də sərir öz sahibini görməklə sevinir. Həmin münasibətə görə ərəb dilində tabuta sərir deyirlər. Təfəüül babındandır. Yəni Mömin təbiət aləminin həbsindən azad olur. Onun sevinc və nicat səbəbi tabutdur. Tabut onu qəm qüssədən, giriftarçılıqdan xilas edir. Mömin üçün giriftarçılıq olmayan bir gün vardırmı? ölmək, yəni zindanın qapısının açılması; tabut, yəni qurtuluş vasitəsi və həmin əsasla tabut sevincin səbəbidir.
Eşitməmisən Mömini qəbrə qoyan zaman onun əqidəsi haqqında ondan soruşurlar və öz əqidəsini deyir. Sonra ona deyirlər, bu qəbir sənin yatağındır. Müşk qoxusu onun qəbrindən qalxır. Möminin pak ruhu bərzəx aləmində genişlənir. İmam Sadiq əleyhis-salam buyurur:
“Möminə rahatlıq yalnız
Allahlla görüşüdyü vaxtda hasil olur.” ölüm saatında görür ki, mələklər cərgə-cərgə onu qarşılayırlar, sonra Möminlərin ruhları, daha sonra isə Allahın rəsulunun ruhu. Əgər Möminin heç sevinci olmasa da bu məsumların üzünü görməklə çox sevinirlər.
Sünnü və şiə məzhəblərinin hər ikisinin tərəfindən rəvayət olunur ki, Ayişə Həzrət Zəhra əleyha salam-a ərz etdi: Atan ölən vaxtı səni çağırmağını eşitdim. Sənin qulağına nə isə dedi və sən sevindin. De görüm, sənə nə buyurdu: Həzrəti Zəhra əleyha salam buyurdu: Atam mənə buyurdu, sən tezliklə mənə çatacaqsan, tezliklə dünyadan köçəcəksən.
Ayətullah Dəstğeybin "Quran və Qiyamət -Tur surəsinin təfsiri" kitabından bir bölüm.
Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 18
ALLAH RAZI OLSUN
ALLAH RAZI OLSUN. AMIN. GOZLERIM DOLDU.
allah ibadetinizi qebul etsin