> Soruşdum: < Sənə fəda olum, həzrət Qaim (ə)-lə ərəblərdən nə qədər adam olacaq?> Buyurdu: <Çox az.> Soruşdum: <Allaha and olsun, bu əmri (zühuru) vəsf edənlər onlardan daha çoxdur.> Buyurdu: <Əlbəttə, camaat imtahan olunmalıdır və bir-birindən ayrılmalı, xəlbirdən keçirilməlidir. Çoxları imtahan xəlbirindən xaric olur.> (Biharul-ənvar, c. 52, səh 214) Cabir Co’fi nəql edir ki, İmam Baqir (ə) Allah-taalanın buyurduğu: <Həqiqətən Biz sizi hökmən qorxu, aclıq kimi şeylərlə imtahan edərik> ayəsi barədə soruşduq, həzrət buyurdu: <Aclıq iki cürdür: Ümumi və xüsusi. Xüsusi aclıq Kufədə olacaq ki, Allah-taala onu Ali-Muhəmməd (s)-nin düşmənlərinə məxsus etmişdir və onları bu vasitə ilə həlak edəcəkdir. Ümumi aclıq isə Şamda baş verəcəkdir, o da elə bir qorxu və aclıqdır ki, o vaxta qədər heç vaxt ona düçar olmamışlar. Aclıq o həzrətin qiyamından qabaq, qorxu, vəhşət və iztirab isə onun qiyamından sonra baş verəcəkdir.> (Biharul-ənvar, c. 52, səh 229) Müfəzzəl ibn Ömər və Cabir Co’fi İmam Sadiq (ə)-ın belə buyurduğunu nəql edirlər: < O həzrətin adını çəkməkdən həzər edin! Allaha and olsun, sizin imamınız uzun illər gözlərinizdən gizli qalacaqdır; o qədər gizli qalacaqdır ki, siz pak və xalis olasınız. Hətta deyiləcəkdir ki, o ya ölmüş, ya həlak olmuş, ya da hansısa bir məntəqəyə getmişdir. Mö’minlərin gözləri onun hicranında yaşla dolaraq təlatümə düşəcək. Necə ki, gəmilər dəryanın güclü dalğalarında aşır. Yalnız o kəslər nicat tapacaqlar ki, Allah ondan əhd-peyman almış olsun, iman onun qəlbində yerləşmiş olsun və öz ruhu ilə onu dəstəkləmiş olsun. Bir-birinə oxşar 12 bayraq qaldırılar və onlardan heç biri digərindən ayırd edilə bilməz> Müfəzzəl deyir: Mən bu an ağladım. İmam (ə) mənə buyurdu: <Nə üçün ağlayırsan, ey Əba Əbdillah?> Ərz etdim: < Necə ağlamayım, Siz buyurursunuz ki, 12 bayraq qaldırılacaq və onların heç biri digərindən seçilməyəcək. Bəs o zaman bizim vəzifəmiz nədir?> İmam eyvanın daxilinə saçan günəşə baxdı və buyurdu: < Ey Əba Əbdillah! Bu günəşi görürsənmi?> Dedim: <Bəli.> Həzrət buyurdu: < Allaha and olsun ki, bizim Qaimimiz bu günəşdən də daha aşkardır.> (Biharul-ənvar, c. 52, səh 281) İmam Sadiq (ə) belə buyurur: < Musanın köməkçiləri çay qarşısında imtahana düçar oldular, bu da Allah-taalanın buyurduğudur: <İnnəllahə mübtəlikum binəhər> əlbəttə, Qaimin köməkçiləri də belə bir imtahan qarşısında qərar tutacaqlar.> (Biharul-ənvar, c. 52, səh 332) İmam Sadiq (ə): <Qaimin uzun qeybət dövründə də belə olacaqdır ki, haqq tamamiylə aydın olsun, imanın səfası zülmətlərdən seçilib ayrılsın.> (Biharul-ənvar, c. 51, səh 219-222) İmam Baqir (ə): <Bu zaman o, (Məhdi (ə)) Kufəyə gələcək və Allahın istədiyi vaxta qədər orada qalacaq. Sonra öz yoldaşları ilə Mərəci-Əzraya gələcək, bu zaman camaatın çoxu o həzrətə qoşulmuş olacaqdır. Bu vaxt Süfyani Rəmlədə olmalıdır. Nəhayət, onlar bir-birilə görüşəcəklər. O gün həqiqi mö’minlərin tanınması günüdür: Süfyani ilə olanlar Peyğəmbər Əhli-beytinə tabeçilikdən dönəcəklər. Peyğəmbər övladları ilə olanların bir qrupu Süfyaniyə tərəf meyl edəcək və onun ardıcılları olacaqlar. O gün hərkəs öz bayrağına tərəf tələsəcəkdir. O gün həqiqi mö’minin başqalarından seçilib ayrılma günüdür.> (Biharul-ənvar, c. 52, səh 224)
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев