Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:
İmam Hüseyn (Allah ondan razı olsun), Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) əmisi oğlu, Raşidi xəlifələrdən biri olan Əli ibn Əbu Talib və Peyğəmbərin sevimli qızı Fatimənin (Allah onlardan razı olsun) övladlarıdır.
İmam Hüseynin və onun böyük qardaşı Həsənin (Allah onlardan razı olsun) adlarını Peyğəmbər (Allahın ona salavat və salamı olsun) özü vermişdi.
Rəvayətə görə Həsən və Hüseyn (Allah onlardan razı olsun) adı ilə ilk olaraq Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) bu iki sevmili nəvəsi adlandırılmışdır.
Fəziləti
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onları sevər, onlar üçün dua edər, onlarla oynayar, öpər, onları bağırlarına basar, hətta namaz qıldıqda belə belinə çıxdıqda onları özləri düşənə qədər yerə salmaz və ya kiminsə salmasına qoymazdı. O (Allahın ona salavat və salamı olsun) nəvələrinin fəziləti barədə yetərincə hədislər söyləmişdir. Elə bunlardan birini qeyd etmək kifayətdir ki, Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) buyurur: «Kim Məni sevirsə bunları (Həsən və Hüseyni) da sevsin». (Silsilətul-Əhadis əs-Səhihə,312)
Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, bir səhər Peyğəmbər (Allahın ona salavat və salamı olsun) əynində qara yundan əba evdən bayıra çıxdı. Bu vaxt Əlinin oğlu Həsən, onun ardınca Hüseyn, onun ardınca Fatimə (Allahın ona salavat və salamı olsun), onun ardınca Əli Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yanına gəldi və o, onları əbasının altına alıb bu ayəni oxudu.
»Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir». (əl-Əhzab, 33)
Səhabələr də imam Hüseyni (Allah ondan razı olsun) sevər, ona hörmət edərdilər. Əbu Bakrın (Allah ondan razı olsun) »Allaha and olsun ki, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) qohumları mənə öz qohumlarımdan daha əzizdir» deməsi, Ömər ibn Xəttabın (Allah ondan razı olsun) ona xüsusi pay ayırması, hədiyyələr göndərməsi səhabələrin onu sevməsinə birbaşa dəlildir.
İbn Teymiyyə (Allah ona rəhmət eləsin) demişdir: »Aşura günü Allah Hüseynə şəhid olmağı nəsib etməklə onun hörmətini ucaltmış, onu qətlə yetirənləri, bu işdə onlara kömək göstərənləri alçaltmışdır. Hüseyn möminlərə gözəl nümunə olmuşdur. O da, qardaşı da Cənnətdəki cavanların ən hörmətliləri olacaqlar. Həsən və Hüseyn İslam izzəti altında tərbiyə almış, Uca Allah onların dərəcələrini ucaltmaq üçün onlara şəhidlik nəsib etmişdir». (Məcmu Fətava, 4/511)
Hüseynin şəhid olması
Yəzid xəlifə olduqda ona beyət etməyənlərdən biri də İmam Hüseyn (Allah ondan razı olsun) idi. İraq əhli bundan xəbər tutduqda Hüseynə (Allah ondan razı olsun) çoxlu məktublar yazaraq xəlifə Yəzidi yox, Hüseyni (Allah ondan razı olsun) görmək istədiklərini bildirirlər. Tarixçilər qeyd edirlər ki, təxmini onlar imam Hüseynə 500 — ə yaxın məktub yazmışdılar.
İmam Hüseyn (Allah ondan razı olsun) öz əmisi oğlu Muslim ibn Aqili Kufəyə camaatı toplamaq üçün göndərir. Muslim ibn Aqil camaatla görüşərək onların fikirlərini öyrənir. 12 min nəfər Hüseynə (Allah ondan razı olsun) sadıq qalacaqları üçün Muslimə beyət edirlər.
Muslim Hüseynə yazır: »Kufə əhlinin hamısı sənin tərəfindədirlər. Onlar sözlərində sadiqdirlər. Onlar səni gözləyirlər Küfəyə gəl».
Bu beyətdən xəbər tutan Kufə valisi Nömən ibn Bəşir vəziyyətin pisləşdiyini görərək camaatın qabağına çıxaraq deyir: »Allahdan qorxun! Fitnə törətməyin, camaatı parçalamayın, insanların öldürülməsinə səbəb olmayın və uzun bir xütbə verir.
Nöməni zəiflik göstərməkdə ittiham edərək onu vəzifəsindən azad edirlər. Və Yezid onun yerinə Ubeydullah ibn Ziyadı təyin edir və ondan Muslim ibn Aqili tələb edir.
Ubeydullah Şam əhlindən olan Məqəl adlı bir nəfərə 3000 dirhəm pul verərək cəsus kimi onu Kufəyə göndərir. Məqəl məscidə gəlib, namaz qılan bir nəfərə yaxınlaşaraq şam əhlinə nifrət etdiyini və bu pulu Hüseynin yaxınlarına vermək istədiyini bildirir. Adam onun bu hiyləsini başa düşür və onu qovur. Nəhayət Məqəl cəsusluqla Muslim məclisinə yol tapır və bu barədə Ubeydillah ibn Ziyada çatdırır. Və artıq onların Hani ibn Urvanın evində qaldığını, orda yığışdıqlarını bilirlər.
Ubeydullah Hanini çağıraraq onu zindana atdırır. Bundan xəbər tutan Muslim ibn Məqal 4 min nəfər götürərək Ubeydullahın üzərinə gedərək qəsrini mühasırəyə alır. Ubeydullah öz adamlarını göndərərək onları Şam ordusu ilə hədələyib, şirnikləşdirir. Küfə camaatı Muslimin ətrafından dağılmağa başlayırlar. Az müddətdən sonra ətrafında 300 nəfər qalır. Məğrib namazına yaxın Muslimin ətrafında artıq heç kim qalmır.
Tək qaldığını görən Muslim qaçaraq bir qadının evində gizlənir ancaq qadının oğlu onu sataraq yerini Ubeydulllah ibn Ziyada bildirir. Ibn Ziyadın qoşunu Muslimi tutub aparanda o ağlamağa başlayır. Ibn Ziyadın adamları Muslimə deyirlər :»Nəyə ağlayırsan?, sənin kimi adam gərək ağlamasın». Muslim deyir: «Vallahi mən özüm üçün deyil Kufəyə üz tutmuş Huseyn (Allah ondan razı olsun) və onun ailəsi üçün ağlayıram». Ondan sonra Muslim onlardan məktub yazmaları üçün icazə istəyir və Huseynə (Allah ondan razı olsun) məktub yazaraq, Kufəlilərin onları aldatdıqlarını və geri qayıtmasını istəyir.
Arafa günündə qəsrin başında Muslimin başını bədənindən ayırırlar. Hanini də bazara gətirərək insanların gözü qarşısında edam edib hər ikisinin cəsədini onların gözləri önündən asırlar. Allah onlara rəhmət etsin.
Hüseyn (Allah ondan razı olsun) Kufəyə yola düşmək istədiyi vaxtda Amr ibn Səd ibn As, İbn Ömər, İbn Abbas, Abdullah ibn Zubeyr və digər səhabə və təbiinlər ona getməməyi tövsiyə etmlərinə baxmayaraq Hüseyn (Allah ondan razı olsun) artıq Kufəyə yola düşür.
Hüseyn (Allah ondan razı olsun) öz yaxınları ilə Kufənin yaxınlığına çatdıqda artıq Küfədə nələrin baş verdiyini, əmisi oğlunun başının kəsilməsini, Kufə camaatının xainlik etdiklərini bilir.
Onu Nur ibn Yəzid min nəfərlik ordu ilə qarşılayır. Nur onun Kufəyə getməsini əmr edir. Bundan imtına edən Hüseyn Şama doğru getməyə başlayır. Nur onları müşayət edir və yolda Hüseynə döyüşməməyi nəsihət edir.
Hüseyn (Allah ondan razı olsun) Kərbalaya yetişdikdə onlar orda artıq ordu gözləyirdilər. Hüseyn (Allah ondan razı olsun) onlara iki şey təklif edir: Ya onu Yezidin yanına aparsınlar, yada Məkkəyə qayıtmağa icazə versinlər. İbn Ziyad qəbul etsə də ordunun başçılarından olan Şimr ibn Zil-Cövşən etirazını bildirərək Hüseyinin İbn Ziyadın hakimiyyətinə girməsini istəyir. Hüseyin İbn Ziyadın hökmünə girməyəcəyinə and içərək yanındakılara da dağılışmağını əmr edir. Yanındakılar and içərək sona qədər vuruşacaqlarını bildirirlər.
Elə bu zaman Nur onlara tərəf yaxınlaşmağa başlayır. Hüseyngil Nurun onlara hucum etmələrini düşünsələr də Nur onların yanına çatıb üzünü İbn Ziyadın qoşuna tərəf çevirir. Nur və Hüseynin (Allah ondan razı olsun) tərəfdarları İbn Ziyadın qoşununa qarşı vuruşmağa başlayırlar . Nəhayət İmam Hüseyndən başqa hamını qətlə yetirirlər. Allah onların hamısına rəhmət etsin. Onları şəhidlik məqamına çatanlardan etsin.
Sinan ibn Ənəs əlindəki nizə ilə Hüseyni (Allah ondan razı olsun) vurur. Sonra başını kəsərək İbn Ziyada göndərir. Hüseynlə (Allah ondan razı olsun) bərabər 80 nəfər tərəfdarını da şəhid edirlər. Hicrətin 61 — ci ilində Muharram ayının 10 da Aşura günündə şəhid olur. Həmin aşura günündə baş verən tarixi hadisələrdən biri də məhz budur.
Uca Allah Qurani-Kərimdə buyurur;
»Onu özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, bu, sizin üçün xeyirlidir» .(Nur, 11)
Kərbala hadisəsi öz — özlüyündə İslam ümməti üçün böyük bir faciədir. Bu hadisədə Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sevimli nəvəsini öldürmüşlər. Müsəlmanları qırmışlar. Bu doğurdan da üzücü və böyük bir faciədir.
Ancaq bunda da xeyirlər vardır:
a) Hüseynin şəhidlik məqamına çatması. Bildiyimiz kimi İslamda ən böyük dərəcələrdən biri şəhidlik məqamıdır. Şəhidlərə verilən xislətlər heç kəsdə olmayacağı təqdirdə Huseyn (Allah ondan razı olsun) bu zirvəyə çatdı.
b) Pis insanların bəyan olması. Huseyni (Allah ondan razı olsun) öldürənləri Allah hamıya ifşa etdi. Həm o dövrdə, həm də Qiyamətə qədər oxunacaq tarixlərdə. Başda Ubeydillah ibn Ziyad olmaqla. Allah bu cür insanların pis aqiəbətlərini ibrət üçün bizlərə bildirmişdir. Belə ki, Ubeydullahı öldürüb başını kəsdikləri zaman bir ilanın uzaqdan gələrək burnuna girib ağzından çıxması və bir müddət onun başının ətrafında ağzının içində gəzərək, hec kimi yaxına buraxmaması ibrət alanlar üçün böyük bir dərsdir.
O ki, qaldı Yezidin məsələsinə onun barədə ən gözəl fikri Şeyxul İslam İbn Teymiyyə söyləmişdir: «Nə ona lənət edirik, nə də rəhmət».
c) Kufə camaatının əsl üzü. Huseyinə (Allah ondan razı olsun) etdikləri xainlik onların Əhli beytə qarşı etdikləri birinci xainlik deyildir. Onun atası Əliyə də, onun qardaşı Hüseynə də, əmisi oğlu Məqala da etdikləri xainliklər tarixi oxuyan hər bir kəsə məlumdur.
Bir nəfər İbn Ömərin yanına gəlib ağcaqanadın qanı barədə soruşdu. İbn Ömər (Allah ondan razı olsun) ondan, »Sən kimlərdənsən» — , deyə soruşdu. Adam »Mən İraq əhlindənəm», — dedi. İbn Ömər dedi: »Buna baxın! Məndən ağcaqanadın qanı barədə soruşur, halbuki, onlar Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) nəvəsini öldürdülər. Mən Peyğəmbərdən eşitdim O, dedi:» Həsən və Hüseyn mənim üçün iki reyhan bitkisi kimidirlər».
Hətta Şiə alimlərindən olan Şeyx Cavad Muhəddisi deyib: «Kufə əhli tarixdə xəyanət və əhdi pozmaqla məşhur olub… Ümumən İslam tarixi Kufə əhlinin əhdinə sadiq olması barədə yaxşı fikir daşımır… Kufə əhlinin sifətləndiyi nəfsi və əxlaqi xüsusiyyətlərinə belə işarə etmək olar: Hiyləgərlik, cürbəcür rəngə girmək, pis əxlaq, hərislik, şayələri təsdiqləmək, qəbilə təəssübkeşliyi. Üstəlik də onlar müxtəlif qəbilələrdən təşkil idilər. Bütün bu səbəblərə görə imam Əli (ə) onların əli ilə iki acını daddı. İmam Həsən (ə) onların xəyanəti ilə üzləşdi. Muslim ibn Aqil məzlum olaraq onların arasında öldürüldü. Hüseyn Kərbəlada susuz olaraq Kufə yaxınlığında və Kufə ordusunun əli ilə öldürüldü».
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев