Keçsə də çox illər sənin üstündən, Yeni bir sevgiyə düşmür marağım.
Bir vaxtlar əlimdə əllərin vardı, İndi bu əllərim bağlı qalıbdır. Bir vaxtlar gözümdə gözlərin vardı, İndi bu gözlərim yaşlı qalıbdır.
Yoxluğun bir boşluq yaradıb məndə, Varlığım yoxluğa yaman meyl edir. Sanki ürəyimdə qanlar deyil də, Küləkdir o yana-bu yana gedir.
Heç kimsə yerini vermədi sənin, Gələrmi dünyaya bir daha səndən? Nə olsun, yollara baxır gözlərim, Ölübdür ümidim sən gedən gündən.
Hər dəfə özümlə edib söhbəti, Deyirəm barışım bu yoxluğunla. Ürəyim etiraz eyləyir qəti, Barışmaq istəmir heç o bununla.
Baxıram saçıma, artıq dən düşüb, Əllərim titrəyir, gözlərim batıb. Cavanlıq da gedib, məndən ötüşüb, Bəxtim də sən gedən o gündən yatıb..
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1