Anamız Fatimənin mahidi Peyğəmbərimiz
Cahilin qəlbini qandırmaq üçün gəlmişdi
İblisin şərrini yandırmaq üçün gəlmişdi
Zalımın qəddini sındırmaq üçün gəlmişdi
Ərşi-ə'ladəki misbahidi Peyğəmbərimiz
O gözəl surəti görcək ağarar zülmətlər
Belə ne'mətdən ötür köks ötürər cənnətlər
Görməyibdir belə bir möcüzi ilk ümmətlər
Ayı bir ləhzə bölən dahidi peyğəmbərimiz
Kim ki sevməz onu dərk eylə o gün narə düşər
Narə düşməklə də bitməz ki bu iş ruhi bişər
Nə qədər şahi tanırsansa bu dünyadə bəşər,
O qədər şahilərin şahidi Peyğəmbərimiz
Odu bir qətrəni adəm, çevirən dəryayə
Odu azmışları əlbət çağıran təqvayə
Odu Qur'ani bizimçün gətirən dünyayə
Xaliqin aşiqi, məddahidi Peyğəmbərimiz
Bunu Qur'ani-Kərimdə uca Allah söylər
Onu mədh eyliyər əlbəttə ki yerlər, göylər
Ona Cibril əyərək başini hörmət eylər
Cənnətin sirridi, miftahidi Peyğəmbərimiz
Müəllif: Ümid Sadə
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев