”
Bilirsiniz ki, dünyada 4 ideologiya mövcuddur: liberalizm, sosializm, millətçilik və dini ideologiya. Mən liberalların və sosialistlərin Qarabağ məsələsində fədakarlıq edəcəyinə inanmıram. Liberallar üçün, daha doğrusu, aldadılmış liberallar üçün əsas olan liberal dəyərlər və qloballaşma prosesləridir. Onlar üçün tarixin sonu liberal dəyərlərlə bitir. Onlar üçün torpaq, sərhəd, milli dəyərlər, adət-ənənələr o qədər də vacib deyil. Sosialistlər üçün, daha doğrusu, aldadılmış sosialistlər üçün əsas olan sosialist beynəlmiləlçiliyidir, onlar dini və millətçiliyi qəbul etmirlər. Onlar üçün milli maraq önəmli deyil, olsa-olsa əhalinin sosial rifahını düşünməyə çalışırlar. Bütün bunlar o demək deyil ki, liberalların və sosialistlərin üzərindən xətt çəkilməlidir. Onlar da istəsələr fədakarlıq edə bilərlər.
Qarabağ məsələsinin həllində bütün ağırlıq dinçilərin və millətçilərin üzərinə düşür. Mən həm Azərbaycan millətçisi, həm də Azərbaycan dinçisiyəm, millətimi sevirəm, bütün millətlərdən üstün tuturam, dinimi sevirəm, ibadət edirəm.
Dinçi üçün dini dəyərlərdən üstün dəyər yoxdur. Dinçi üçün ən müqəddəs yer Qüds və Kəbədir. Mənim üçün Qüds və Kəbə ilə yanaşı Qarabağ müqəddəs yerdir. Orada mənim dini dəyərlərimi, dinimi təhqir edirlər, tapdalayırlar, murdarlayırlar. Oranın xilası dinimizin, dini dəyərlərimizin xilasıdır. Nə qədər ki, Qarabağ işğal altında qalır, dinimiz orada təhqir olunur, mən ibadətimin qəbul olunacağına inanmıram və ümid etmirəm. Hər bir müsəlman, dinçi dinimizin təhqir olunduğu yeri geri almağı, torpaqlarımızı düşmənin iyrənc nəfəsindən xilas etməyi özünə borc bilməlidir.
Millətçi üçün Vətənə, Torpağa, Dövlətə sevgidən, sədaqətdən üstün dəyər yoxdur. Millətçinin bayrağında milli dəyər və milli maraq hər şeydən öndədir. Qarabağ bizim üçün milli dəyərdir, hər bir millətçinin millətçilik meyarıdır. Qarabağ millətin və dövlətin özünütəsdiq meydanıdır. Torpağı işğal altında qalan dövlət hələ dövlət deyil, millət də hələ millət deyil. Millətə və dövlətə çevrilmək üçün Qarabağı işğaldan azad etməliyik. Ona görə də bu gün millətçinin yeri Qarabağ mücadiləsinin önündədir.
Mən öz əqiqə yoldaşlarımla birlikdə bir dinçi və bir millətçi kimi Qarabağ uğrunda mübarizəmi aparıram və millətçiliyini dərk edən millətçiləri, dinçiliyini dərk edən dinçiləri bu mübarizədə bizimlə bir yerdə olmağa çağırıram! Qıldığımız namazın qəbul olunması, oxuduğumuz millət şərgisinin eşidilməsi üçün bir yerdə olmalıyıq!
Qarabağın azadlığına təşnə olanlar, Qarabağ yanğısı ilə yaşayanlar, Azərbaycan Bayrağını Qarabağa qaytarmaq, Qarabağın ən uca zirvəsinə taxmaq istəyənlər bir araya gəlsinlər!
Qarabağın işğalına dözüb, kənardan baxanlara mən diri deyə bilmərəm, nəfəsləri gəlsə də ölüdürlər. Mən diriləri çağırıram!
Akif Nağı
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 2