Предыдущая публикация
Qəlbim öz səhvinə çoxmu yanacaq;
Niyə bəs qədrini bilmədim onda?!
Axır qiymətini tapdım mən ancaq,
Səni itirmişdim onu tapanda…
Getdin…bu gedişdən nə düşdü mənə?
Neçə lal hıçqırıq gözlərimdədir.
Ilk sözü dodağın demişdi mənə,
Son sözü yaşaran gozlərin dedi.
Gərək bu günümü görəydin özün
Həsrətin yaş gəlib yaşımın üstə.
Bir ac qağayıya dönüb son sözün
Hərlənir tufanlı başımın üstə…
Hər ürək bir ocaq,hər ürək nəğmə
Nəğməm alışıbdır,tüstülənibdir.
Mənə elə gəlir her kövrək nəğmə
Sənin son sözünə bəstəlenibdir…
Indi məhəbbətim həsrət dənizi,
Orda dalğaların yarışı başlar.
Tutular göylərin mavi dənizi
Sonra da
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев