Peyğəmbər s-dan nəql olunur ki o gecə ki məni meraca apardılar bütün asimanlar keçdim və yeddinci asimana çatdım. Və nəiki görmüşdüm və Allahla vasitəsiz söhbət etdim və Cəbrayılın yanına çatdım dedim ey Cəbrayil bu nə duadır ki, bütün mələklər oxuyur? Dedi: ya Muhəmməd s bu həmən duadır ki, Haqq tərəfindən sənə gətirdim. Allah-Taala buyurur: ki, hər kim Adəmnən ta Xatəmə bu duanı oxusa və ya üstündə olsa əziz və dəyərli olar. Hacəti qəbul olar. Haqq Taala onun və özü arasında heç bir pərdə (hicab) qoymaz. Və onu bütün bəlalardan qoruyar. Və əgər Adəmnən ta Xatəmə cəm olalar və bütün dənizlər mürəkkəb ola və göylər və yer kağız ola nə qədər yazıçılar ola bütün mələklər yazalar və dənizləy quruya göylər və yer tamam ola bu duanın savabını yaza bilməzlər. Və o duanın savabının mində biri yazılmış olmaz. Bu duanı oxuyanlar və üzərlərində olanlar heç vaxt əlləri dara düşməz (kasıb olmazlar) ta ölüm anına kimi o şəxsə iş tapılmasa belə. Və qiyamət günü sorğu sual etməzlər və sorğu sualsız cənnətə daxil olar. Ya Muhəmməd s. Oxuyanlar və üzərlərində olanlar bu duanı bir dəfə oxuyalar. Əgər oxuya bilməsə qulaq asa ya üstündə ola. Bunlardan birini etsə ki, nələr olar. 40 min dəfə Quran xətm etmiş və 40 min dəfə Həccə getmiş və 40 min dənə qoyun qurbanı etmiş və 40 min qul azad etmiş və 40 min acı doyuzdurmuş və 40 min paltarsıza paltar vermiş sayılar. Və Musa ə Tövratını, İsa ə İncilini, Davud ə Zəburunu, Muhəmməd Mustafanın s Quranını oxumuş sayılar. Və əgər elə bir xəstəliyi ola ki, onu həkimlər sağalda bilməyələr bu duanı o xəstəyə verələr ya balışının altına qoyalar şifa tapar (sağalar). Və əgər kimsə bağlanamış ola bu duanı mumun içinə qoya və belinə bağlaya bağlılığı açılar. Və qızın bəxti bağlı olsa bu duanı oxusa bəxti açılar. Və əgər bir insanın möhkəm olmasını istəsən bu duanı onun üçün oxusan onun yanında nə qədər pis işlər görülsə və yanında pis adamlar olsa ona heç bir ziyan dəyməz. Və əgər övlad istəmək üçün oxunsa Allah o şəxsə Alim olacaq bir oğlan uşağı nəsib edər. Və əgər Bu dua kimdə olsa İlandan, Əqrəbdən pis nəfəsdən amanda olar. Bu duanı oxuyan və üzərində saxlayan qulaq ağrısından, baş ağrısından, göz ağrısından, ürək ağrısından, ciyar ağrısından, fəlcdən və bütün xəstəliklərdən amanda olar. Və hər kəs bu duanı öləndə yanında qoydura Haqq Subhan onu bağışlayar və qəbr əzabından amanda olar. Və Nəkir və Munkərin sualından amanda olar. Və Qiyamət günü 40 min Mələk insanı qarşılayarlar və Cənnətə daxil edərlər. Bu duanın savabı və faydası daha çoxdur. Amma Xulasə etdik. Inşallah Əməl etməyin savabı daha çoxdur.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев