ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar onun şəxsiyyəti, çalışqanlığı və şücaəti qarşısında baş əyiblər. O, yetkinlik yaşına çatanda, çoxlu elçilər arasından igid və şəxsiyyətli bir oğlanı – əmisi oğlu Abdullah ibn Cəfər Təyyarı özünə həyat yoldaşı seçir; bu şərtlə ki, hər zaman imam Hüseyn (ə) səfərə getmək istəsə, Zeynəbin (s.ə.) qardaşı ilə birlikdə olmasına mane olmasın. Zeynəbi-Kubranın (s.ə.) barəsində deyilməli sözlər çoxdur və onun qanlı Aşura inqilabındakı şücaətinə nəzər salaq:
İmam Hüseyn (ə) Mədinədən çıxıb, bir müddət Məkkədə qaldıqdan sonra İraqa tərəf mənzil-mənzil hərəkət edəndə, xanım Zeynəb (s.ə.) qardaşı ilə birlikdə olur. O, yaxşı munis və möhkəm sirdaş kimi, imam Hüseyni (ə) himayə edir və Kərbəlada İslam döyüşçülərinin misilsiz köməkçisi olur. O, altı qardaş (imam Hüseyn (ə), Əbülfəzl-Abbas (ə), Cəfər, Osman, Abdullah (Ümmül-Bəninin oğulları) və Ovn (Əsmanın oğlu)) dağı görür. Gözünün iki nuru – Ovn və Məhəmməd adlı iki yeniyetmə oğlu – Kərbəlada şəhadətə yetir. Bunlardan əlavə, Əliəkbər, Qasim və Abdullah kimi qardaşı uşaqlarının da dağına dözür. Xanım Zeynəb (s.ə.) qardaşlarının başlarının bədənlərindən ayrılmasının, xeymələrin yanmasının və yetim uşaqlara zülm olunmasının şahidi olur. Bütün bu müsibətlər müqabilində əgər dağ olsaydı əriyərdi. Amma tarixin bu dilavər carçısı, bu yorulmaz qəhrəmanı elə bir müqavimət göstərir ki, onu bəyan və qələmlə təcəssüm etmək olmur.
O, atasının zamanında Kufədə qadınların müəllimi idi. İmam Həsənin (ə) dövründə isə imkanı qədər İslamın vüsəti üçün çalışdı. Camaatın onun atası və qardaşına etdiyi xəyanətlər, qədirbilməzliklər və ailəsinə edilən zülmlər Zeynəbin (s.ə.) cəddi və atasının sünnəsini dirçəltməsi yolunda iradəsinə azacıq belə mənfi təsir göstərmədi. O, qardaşı imam Hüseynin (ə) dövründə, ağır Kərbəla faciəsində özünü bütün çətinliklərə uyğunlaşdırdı. Maraqlısı budur ki, imam Səccadın (ə) buyurduğuna əsasən, bütün bu çətinliklərdə o, gecə namazını tərk etmədi. Xanım Zeynəb (s.ə.) ər evindəki firavan həyatından əl çəkib özünün bütün güc və qüvvəsini imam Hüseynin (ə) yolunda sərf etdi. Kərbəla müsibəti baş verəndə, onun yaşı əlli beşdən çox idi. Bu yaşda dağ kimi möhkəm qaməti və dərya qədər geniş qəlbi vardı. Zeynəb (s.ə.) bu hadisələr zamanı üç mühüm işi layiqincə yerinə yetirdi:
1. İMAMI HİMAYƏ ETMƏK
Xanım Zeynəb (s.ə.) imam Hüseyn (ə) sağ olduğu müddətdə o həzrəti, o da şəhid olduqdan sonra imam Səccadı (ə) himayə etdi. Bir neçə dəfə istədilər ki, imam Səccadı (ə) qətlə yetirsinlər, xanım Zeynəb (s.ə.) buna imkan vermədi. Bu vəziyyətdən biri də İbn Ziyadın Kufə iqamətgahında, imam Səccadla (ə) İbn Ziyad arasında mübahisə zamanı yarandı. İbn Ziyad imam Səccadı (ə) şəhid etmək istədikdə, xanım Zeynəb (s.ə.) qoymadı və dedi: “Əgər o öldürüləcəksə, elə isə məni öldür.”
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев