Bəzi rəvayətlərdə gəlib: Aşura günü həzrət Səkinə (ə), üç yaşlı bacısına dedi: -Gəl atamızın ətəyindən tutaq və onu getməyə qoymayaq. Atamız getsə onu öldürəcəklər.
İmam Hüseyn (ə) bu sözü eşidəndə bərk ağladı. Bu vaxt Rüqəyyə (ə) səsləndi: Ata sənin getməyinə mane olmaram, amma səbr elə səni görüm. İmam Hüseyn (ə) onu qucağına aldı və susuzluqdan quruyan dodaqların öpdü. Bu vaxt o nazdanə səsləndi: -Ata çox susuzam, susuzluq ciyərimə od vurub. İmam Hüseyn (ə) ona buyurdu: -Xeymə kənarında otur, mən gedib sənə su gətirim. İmam Hüseyn (ə) ayağa durub, meydana tərəf getmək istədi. Rüqəyyə (ə) yenə də atasının ətəyini tutub, ağlaya-ağlaya dedi: "يا ابة اين تمضي عنّا"Atacan, hara gedirsən? Nə üçün bizdən ayrılırsan? İmam (ə), bir də o balanı qucağına aldı və sakitləşdirdi. Sonra qana dönmüş ürəklə ondan ayrıldı.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев