İlahi, Səndən istəyir və Səni and verirəm Öz kəramətli vəchinə, Öz nurlu vəchinin nuruna, əzəli mülkünə (səltənətinə), ey Həyy, ey Qəyyum. Səni and verirəm o adına ki, asimanlar və yerlər onun səbəbi ilə işıqlanmışdıræ and verirəm o adına ki, onun səbəbi ilə əvvəldəkilər və axırdakılar islah olar. Ey hər bir diridən öncə diri olan, ey hər bir diridən sonra diri qalan, ey heç bir diri olmayan vaxt diri olan, ey ölüləri dirildən, ey diriləri öldürən, ey diri, ey o kəs ki, Səndən başqa bir tanrı yoxdur. İlahi, mövlamıza, bizi hidayət edən, özü də hidayət olunmuş, Sənin əmrinlə (haqq-ədalətin) bərqərar olması üçün qiyam edən imama, (Sənin salavatın ona və onun mə`sum ata-babalarına olsun!) yer üzünün şərq və qərbində, səhra və dağlarında, quruda və dənizində olan bütün mö`min kişi və qadınlar tərəfindən Allah ərşinin vəzni, kəlmələrinin qədəri, elmini saydığı kitabının əhatə etdiyi qədər salavat göndər. İlahi, bu günün sübhündə, yaşadığım günlərdə onunla bağladığım əhdi, boynumda olan bey`ətini təzələyirəm və heç vaxt o bey`ətdən əl çəkmərəm. İlahi, məni o Həzrətin köməkçilərindən, onu müdafiə edənlərdən, ona lazım olan köməklərə tələsənlərdən, əmrlərini yerinə yetirənlərdən, onu himayə edənlərdən, onun istəklərinə doğru öndə olanlardan və onun gözü önündə şəhid olanlardan qərar ver. İlahi, əgər ölüm hökmü – bəndələrin üçün labüd və qaçılmaz qərar verdiyin hökm – mənimlə o Həzrətin arasında ayrılıq salsa, məni (imamın zühurunda) kəfən geydiyim, qılıncımı siyirib nizəmi ələ aldığım, kənd və şəhərlərdə (qiyama) də`vət edən carçının də`vətinə ləbbeyk ("qəbul etdim") deyən halda qəbirimdən çıxart. İlahi, rəşid (parlaq) sima (haqq və düz yola hidayət edən) nuru, bəyənilmiş gözəl alnı mənə göstər, ona nəzər etməklə gözümə şəfa ver! Onun fərəcini sür`ətləndir, zühurunu asanlaşdır, yolunu genişləndir, məni onun yolu ilə apar, əmrini nüfuzlu et, arxasını möhkəmlət. İlahi, onun səbəbi ilə bizim ölkələri abadlaşdırıb bəndələrinin (mə`nəviyyatını) dirilt. Çünki Sən buyurmusan və Sözün də haqqdır: "Fəsad quruda və dəryada, camaatın kəsb etdikləri pis əməllərə görə zahir oldu." İlahi, bizim üçün Öz vəlini – Sənin Rəsulunun adı ilə eyni adda olan, Rəsulunun qızının oğlunu zahir et ki, batildən bir şey qalmasın və Həzrət onu tar-mar etsin, haqqı bərqərar edib möhkəmlətsin. İlahi, onu məzlum bəndələrin üçün sığınacaq, Səndən başqa bir köməkçi tapmayanlar üçün bir köməkçi, Kitabının icra olunmayan qanunlarını yeniləşdirən, Sənin dininin, Rəsulunun sünnələrindən gəlib çatan hökmlərini dirçəldən qərar ver. İlahi, onu, zalimlərin törədə biləcəyi təhlükələrdən amanda saxla. İlahi, onun görünməsi və ona də`vətində tabe olanların vasitəsilə Öz Peyğəmbərin Məhəmmədi sevindir, ondan sonra bizim çarəsizliyimizə rəhm et! Onun zühur edib hazır olması ilə bu ümmətin müşkül və giriftarçılıqlarını aradan qaldır, bizim üçün onun zühurunu tezləşdir. "Həqiqətən onlar bunu (zühuru) uzaq, biz isə yaxın görürük." Səni and verirəm Öz rəhmətinə, ey rəhm edənlərin ən rəhimlisi! Tələs, tələs, ey Mövlam, ey Sahibəzzaman!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев