Nə gözəl darıxırsan belə, qadın, ay qadın,
Saçların darmadağın...
Daraq vurmadınmı heç saçlarına bu günlər?
Görürəm, heç açılmır qaşlarında düyünlər.
Göz yaşların boğulur sıxanda göz yaşını?
Yer tapmırsn qoymağa gizlədəndə başını?
Nə gözəl darıxırsan belə,qadın, ay qadın?
Əlindəki o nəydi cibindən çıxardığın?
Həsrətlə seyr eləyib köksünə apardığın?
Axı nə düşünürdün,gülümsədin bir ara?
Xəyallarmı apardı səni cox uzaqlara?
Gözlərinin önünə canın bildiyin gəlir?
Bir zamanlar qəlbini ona verdiyin gəlir.?
Bir bax yerindədimi,yoxsa ki qalıb onda?
Onda darıxan nədi sinənin boşluğunda?
Nə gözəl darıxırsan,belə qadın,ay qadın?
Niyə qucaqlayırsan özünü dəli- dəli,
Canına can qatdığın canın səndən gedəli?
Başını öz sinənə sıxıb ağlamğın var?
Darıxıb uzaqlara baxıb ağlamğın var?
Nəyi düşünüb elə dərdli,dərdli gülürsən?
Xatirələr ovudur səni elə bilirsən?
Nə gözəl darıxırsan belə,qadın,ay qadın?
Qonşudakı səslərə sən niyə səksənirsən?
Yoxsa səni tərk edən o vəfasız sanırsan?
Ümid ölməyibdimi hələ qəlb otağında?
Onu niyə gəzirsən,hey solunda,sagında?
Yoxsa...
Yoxsa ..
Dayan bir,
Yenə də onun üçün darıxırsan elə bil.
Nə gözəl darıxırsan belə,qadın,ay qadın?
Nə yavaş yeriyirsən?
Ayağın yerə dəymir.
Qorxma,ayağın altda xatirələr əzilmir.
Bax, necə də yapışıb donunun ətəyindən,
Ayrılmaq istəmirlər deyəsən axı səndən?
Nə gözəl darıxırsan,darıxman gözəldir.
Hərdən yola boylanıb,karıxman gözəldir.
Dərdli-dərdli ağlayıb kırıxman gözəldir.
Kimsə görəcək deyə duruxman gözəldir.
Nə gözəl darıxırsan belə,qadın, ay qadın...
❤Yagmur Damlasi ❤
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев