Предыдущая публикация
Evlər yüksəldikcə, təkəbbür də yüksəldi.
Qapılar yaxınlaşdıqca, insanlar uzaqlaşdı.
Əlini uzatsan qapı zənginə toxunacağın qonşular, uzaqdakı bir dostun qədər toxuna bilmir artıq qəlbinə.
Salamsız, sabahsız keçib gedir yorğun bədənlər yanımızdan..
Halbuki, əvvəllər evlər alçaq insanlar alçaq könüllü idi.
Qapılar deyil, könüllər yaxın idi və toxunurdu insanlar bir-birilərinin qəlblərinə.
"Qapının arxası qürbət" deyər böyüklərimiz.
İndilərdə hər kəs qürbətdə...
#nigar_nmn
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1
çox heyif