Предыдущая публикация
Sənə verilən çərçivələr içində qaldıqca, ruhun sıxılar, nəfəsin çatmaz. Sən böyümək istədikcə, səni kiçiltməyə çalışarlar. Amma sən kiçilməzsən. Çünki səni sən edən, içindəki sonsuzluqdur.
Ona görə də, gedirsən. Əslində qaçmırsan, sadəcə özünə gedirsən. Orada sən varsan, amma sənə aid heç nə yoxdur. Qəriblik budur. Varlığın tanınır, amma mahiyyətin unudulur. Buna görə də, insan bəzən ən tanış yerlərdə belə yad hiss edir özünü.
Və o zaman anlıyırsan: aid olmadığın yerdə dayanmaq, ruhuna qarşı işlədiyin ən böyük xəyanətdir.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев