İslam Peyğəmbəri (sallallahu ələyhi və əlihi və səlləm) düşünmək barədə bir hədisdə belə buyurub:
"Bir saat (bir miqdar) düşünmək 70 illik ibadətdən daha xeyirli və daha üstündür"
📚 (Əl-hidaya liş-şiətulhuda, c 1, səh 207.)
Hədislə bağlı bir neçə məqama qısa işarə:
1. Hədisə əsasən, düşünmək ibadətdir və hətta ibadətdən də üstündür...
2. Hər mövzuda düşünmək ibadət deyildir, insanın dünya və axirətini islah edib yaranışın hədəfinə çatdıran mövzularda düşünmək ibadətdir...
3. Hədisə əsasən, insan düşünməklə 70 il qabağa düşə bilər...
4. İnsan düşünməklə 70 il gələcəyin pıraqramını tökməlidir...
5. İnsan düzgün düşünmədən ibadət etsə, ibadətin insana bəxş etdiyi təsirlərə yiyələnə bilməyəcək və həmişə zülmətdə qalacaqdır...
6. İnsan düzgün düşünməsə, ibadət adı ilə düşmən hədəflərinə xidmət edəcəkdir...
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев