Предыдущая публикация
Yanında ola bilməyəcəksinizsə "həmişə yanındayam" deməyin.Bir gün çıxıb gedəcəksinizsə "səni heç vaxt buraxmayacam" deməyin.Heçnə olmamış kimi davranacaqsınızsa "hər daim ağlımdasan" deməyin.Bir başqası olacaqsa həyatınızda "sən mənə yetərsən,bir başqasına ehtiyacım yoxdur" deməyin.Qısacası qəlb qırmayın.Boş-boş vədlər verməyin.Tuta bilməyəcəyiniz sözlər verməyin.Şablon sözləriniz ilə aldatmayın.Könül alıb sonradan peşman etməyin.Bərpası olmayan yaralar buraxır sizin o iyrənc həvəsləriniz.Ömür boyu bağlana bilməyəcək yaralar açılır sizi sevənlərin qəlbində.Qısacası sevməsəniz belə, insan olmağı yoxlayın ən azından...🌿
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев