Предыдущая публикация
Səadət gölündə üzdüyüm zaman,
Şaxtası üzümə dəydi fələyin,
Nə qədər istədim xoşbəxt olum mən,
Hicranı qəddimi əydi, fələyin.
Allahdan ümidi kəsmədim ki, mən,
Başımın üstünü aldı duman çən,
Mən idim könlümü sevdaya verən,
Qapazı başıma dəydi, fələyin.
Qəlbimə yığıldı qalaq- qalaq söz,
Odum özələndi, külə döndü köz,
Ruhumu sarsıltdı bu hicran, bu döz,
Bilmədim nə idi qəsdi fələyin.
Nailə Nübar.
17-01-2024.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев