a.a.) özündən sonra yerinə əhli-beytdən (ə.) 12 xəlifə təyin etmişdir və bu barədə əhli-sünnənin Səhih Buxari və Səhihi Müslim kimi məhşur hədis kitablarında nəql edilmişdir: “Din qiyamət gününə qədər və ya sizin üzərinizdə hamısı Qureşydən olan, 12 nəfər xəlifə (hökmdar) olana qədər ayaq üstə qalacaqdır.” 1. “Səhih Buxari” Əhkam babı; 2. “Səhih Müslim” Əmarat babı; 3. “Səhih Tirmizi” c.2,səh.35; 4. “Müstədrək” c.4,səh.501; 5. “Məcməuz-Zəvaid”, Heysəmi, c.5,səh.190; 6. Müttəqi Hindi “Kənzul- Ummal” c.3,səh.205; 7. “Əl-Fitən” c.6,səh.201; 8. Əhməd ibn Hənbəl “Müsnəd” c.1,səh.398 və c.5,səh.92; 9. Əbu Nəim “Hilyətul Əvliya” c.4,səh.333; 10. Süyuti “Tarixu Xuləfa” səh.14,15. Onların sayı barədə başqa bir hədisdə də deyilmişdir: “Bu ümmətə, İsrail oğullarının nəqiblərinin sayı qədər olan 12 nəfər xəlifə hökmdarlıq edəcək”. 1. “Mucəmul-Kəbir” c.8,səh.158; 2. “Kənzul-Ummal” c.12,səh.33; 3. “Feyzul Qədir” c.2,səh.582; 4. “Təfsir ibni Kəsir” c.2,səh.34; 5. “Məcməuz-Zəvaid” c.5, səh.190; 6. “Fəthul-Bari” c.13,səh.183; 7. Əhməd ibn Hənbəl “Müsnəd” c.1,səh.398. Peyğəmbərimiz (s.a.a.) imam Əlini (ə.) özündən sonra İslam ümmətinə xəlifə təyin etdi və onun 11 imam övladını da ondan sonra gələcək xəlifə elan etdi. Bu təyinat peyğəmbərimizin (s.a.a.) bir çox hədislərində göstərilmişdir: 1. “Mənzilət” hədisi: “Ey Əli, məgər razı deyilsənmi ki, sən mənim yanımda o mənzilədə (dərəcədə, rütbədə, ləyaqətdə) olacan, necə ki, Harun peyğəmbər (ə.) Musa peyğəmbərin (ə.) yanında o mənzilədə idi, bir fərqlə ki, məndən sonra bir peyğəmvər olmaz.” 1. “Səhih Buxari” c.3/6, “Təbuk döyüşü” babı; 2. “Səhih Müslim” c.7,səh.120; 3. “Sünən ibn Macə” c.1,səh.55; 4. “Müsnəd imam Əhməd” .1,səh.173,175,177,179,182,185 və 230; 5. İbn Hişam “Siratun- nəbəviyyə” c.4,səh.163. 2. “Kimin xoşuna gəlirsə ki, mənim kimi həyat sürsün və mənim kimi dünyadan köçsün və rəbbimin saldığı (əkdiyi) Ədn bağında (cənnətində) məskəni olsun, məndən sonra Əlini (ə.) və onun təyin etdiyini özünə hökmdar bilsin və məndən sonra (məsum) imamlara iqtida (tabeçilik) etsin, çünki onlar mənim itrətimdirlər (ailəm və övladlarımdırlar) və mənim yaradıldığım torpaqdan yaradılmışlar və onlara fəhm (anlayış) və elm (bilik) verilmişdir, mənim ümmətimdən onların fəzilətini (üstünlüyünü) yalan sayanlara və vəyl var (cəhənnəmin vəyl dərəsinə düşəcək), (o kəslər ki,) onların (əhli- beytin) mənimlə qohumluğuma məhəl qoymadılar, mənim şəfaətim onlara (inkar edənlərə) yetməyəcək (təsiri olmayacaq)” 1. “Müstədrək” c.3,səh.128; 2. “Mucəmul Kəbir”; 3. Əl-İsabə; 4. “Kənzul-ummal” c.6,səh.155; 5. “Hilyətul-əvliya” c.1,səh.86; 6. “Tarix” ibn Əsakir, c.2,səh.95. 3. “Həqiqətən Əli məndəndir, mən də ondanam (yəni o mənim sözümü təsdiq etmişdir və onun sözləri də mənim dediklərimdir) və o məndən sonra bütün möminlərin hökmdarıdır.” 1. “Sünənul-Kubra” Nisai, c.5,səh.132; 2. “Səhih ibn Həbban” c.15,səh.374; 3. “Mucəmul Kəbir” c.12,səh.78; c.18,səh. 129; 4. “Kənzul Ummal” c.11,səh.599; 5. “Feyzul Ğadir” c.4,səh.471; 6. “Usdul Ğabə” c.4,səh.27; 7. “Əl-İsabə” c.4,səh.468; 8. “Əl-Bidayə-vən-nihayə” ibn Kəsir c.7,səh.381; 9. “Müsnəd” Əhməd ibn Hənbəl c.4,səh.438. 4. “Bütün peyğəmbərlərin (ə.) vəsisi (vəsiyyət elədiyi) var, (buna əsasən) həqiqətən mənim vəsim, sirrimi qoyduğum yer, özümdən sonra tərk edib
qoyub getdiyim ən xeyirli şəxs, mənim vədlərimi (verdiyim sözləri) yerinə yetirn və borclarımı ödəyən şəxs Əli ibni Əbi Talibdir” 1. “Fəthul Bari” ibn Həcər, c.8,səh.114; 2. “Mucəmul Kəbir” c.6,səh.221; 3. “Şəvahidut-Tənzil” Hakim Həskani c.1,səh.98; 4. “Tarixu Mədinətu Diməşq” c.42,səh.392; 5. “Kənzul-Ummal” c.11,səh.610, hədis 32952. 5. “Kim mənə itaət edirsə, artıq Allaha itaət etmişdir və kim mənə üsyan (itaətsizlik) edirsə, artıq Allaha üsyan etmişdir. Kim Əliyə itaət edirsə, artıq mənə itaət etmişdir və kim Əliyə üsyan edirsə, artıq mənə üsyan etmişdir.” 1. “Müstədrək” c.3,səh.121; 2. “Kənzul-Ummal” c.11,səh.614; 3. “Tarixu Mədinətu Diməşq” c.42,səh.270. 6. “Əli haqq ilədir (haqq ilə birlikdədir), haqq da Əli ilədir (Əli ilə birlikdədir) və həqiqətən o ikisi Qiyamət günündə hovuzun (Kövsər hovuzunun) yanında mənə tərəf qayıdana qədər (görüşənə qədər) heç vaxt bir-birləridən ayrılmazlar” 1. “Tarixu Bağdad” Xətib Bağdadi, c.14,səh.322; 2. “Tarixi Mədinəti Diməşq” c.42,səh.449; 3. “Əl-İmamətu vəs-siyasətu” ibn Quteybə, c.1,səh.98. 7. “Məndən sonra tezliklə fitnə (imtahan, sınaq, qarışıqlıq) olacaq, belə olduğu zaman (mütləq) Əli ibn Əbi Talibi lazım bilin (onu məsul bilin, vəzifəni onun boynuna qoyun, onunla olun), çünki o həqiqətən Qiyamət günündə məni ilk görəcək və mənimlə ilk əl verib görüşəcək (salamlaşacaq) şəxs olacaq və o ən böyük düz danışandır (siddiqul əkbərdir) və o bu ümmətin fərq qoyanıdır (faruqdur), haqq ilə batil arasında fərq qoyar (onları bir-birindən seçib ayırar). Və o möminlərin padşahıdır (yəsubudur-yəsub arıların padşahına deyilir)” 1. “Əl-İstiyab” c.4,səh.1744; 2. “Usdul-Ğabə” c.5,səh.287; 3. “Əl-İsabə” c.7,səh.293; 4. “Kənzul-Ummal” c.11,səh.612; 5. “Lisanul Mizan” c.2,səh.414; 6. “Məcməuz-Zəvaid” c.9,səh.102; 7. “Tarixu Mədinətn Diməşq” c.3,səh.123,hədis 1164; 8. “Mizanul-İtidal” Zəhəbi, c.1,səh.188; c.2,səh.3; 9. “Mucəmul Kəbir” c.1,səh.51. 8. “Əli ibni Əbi Taleh bu ümmətin üzərindəki (boynundakı) haqqı, atanın öz oğlunun üzərindəki (boynundakı) haqqı kimidir.” (“Lisanul-Mizan” ibn Həcər Əsqəlani, “Tarixu Mədinətn Diməşq” c.42,səh.307); 9. “Mənə iman gətirib məni təsdiq edən (doğru sayan) hər bir kəsə Əli ibni Əbi- Talibin vilayətini (hökmdarlığını qəbul etməyi) vəsiyyət edirəm.” 1. “Kənzul-Ummal” c.11,səh.610; 2. “Məcməuz-Zəvaid” c.9,səh.108; 3. “Fəraidus-Səmteyn” c.1,səh.291; 4. “Mənaqib” ibn Məğazili, səh.230; 5. “Yənabiul-Məvəddə” səh.237. 10. “Əli bəşəriyyətin (bütün insanların) ən xeyirlisidir, ona görə də kim ona əba etsə (onun hökmdarlığını istəməsə, inkar etsə, qarşı çıxsa, təkəbbürlük göstərsə) artıq küfr etmişdir (daxilən kafir olmuşdur).” 1. “Mizanul-İtidal” Zəhəbi, c.1,səh.521; c.2,səh.404; 2. “Təhzib Tarixi Diməşq” c.2,səh.445; 3. “Kifayətut-Talib”, səh.244; 4. “Kamil” ibn Ədi, c. 4,səh.10; 5. “Tarixu Bağdad” Xətib Bağdadi, c.7,səh.433; 6. “Tarixu Mədinəti Diməşq” c.42,səh.372; 7. “Siyər Ələm un nubəla” c.8,səh.205; c.18,səh.310; 8. “Lisanul Mizan” c.2,səh.253; c.3,səh.268; 9. “Əl-Bidayə vən-nihayə” c.7,səh.395; 10. “Ənsabul-Əşraf” c.2,səh.103; 11. “Əl-Ləyaliul Məsnuə” Suyuti,c.1,səh.169-170. 11. “İnsanlar arasında firqə (partiyalaşma, parçalanma) və ixtilaf (bir-birinə zidd fikrə düşmələr) olar, belə olan zaman bu və yoldaşları haqqın üzərində olarlar – yəni Əli (ə.)” (“Mucəmul-Kəbir” c.19,səh.147; “Kənzul- Ummal” c.11,səh.621,hədis 33016); 12. “Əli mənim elmimin qapısıdır və məndən sonra mənim ümmətim üçün o şeylər ki, mən onun üçün göndərilmişəm onu izah edəndir.” (“Kənzul Ummal” c.11,səh.614; “Yənabiul- Məvəddə” səh.235); 13. “Mənsən sonra mənim ümmətimin ən elmlisi Əli ibni Əbi Talibdir.” 1. “Kənzul-Ummal” c.11,səh.614; 2. “Yənabiul-Məvəddə” səh.235; 3. “Fəraidus-Səmteyn” c.1,səh.97; 4. “Şəvahidut-Tənzil” c.1,səh.433; 14. “Elə bir peyğəmbər olmayıbdır ki, onun ümməti (camaatı) içərisində ona oxşayan (onun kimi olan) birisi olmasın və Əli mənim oxşarımdır.” 1. “Ər-Riyazun-nəzirə” Təbəri,c.3,səh.120; 2. “Zəxairul-Uqba” Təbəri,səh.64; 3. “Tarixu ibni Əsakir” c.66,səh.190. 15. “Mən Rəbbimin (yiyəmin, malikimin) yanında hansı mənzilədəyəmsə (dərəcə,
rütbə, ləyaqətdəyəmsə) Əli də mənim yanımda o mənzilədədir.” (“Ər-Riyazun- nəzirə” c.3,səh.118; “Zəxairul-Uqba” səh.64; “Əs- Siyarətul Hələbiyyə” c.3,səh.391); 16. “Ey Əli, sən Kəbə mənziləsindəsən (dərəcəsindəsən) (hansı ki,) (müsəlmanlar) ona tərəf gəlirlər, o (müsəlmanlara tərəf) getmir (gəlmir), ona görə də əgər, bu ümmət yanına gəlib sənə xilafəti (hökmdarlığı, höküməti) təslim etsə (versə), onlardan qəbul elə, yox əgər yanına gəlməzlərsə, son onların yanına getmə, ta ki, sənin yanına gələnə qədər.” 1. “Usdul-ğabə” c.4,səh.31; 2. “Tarixu ibn Əsakir” c.42,səh.406; 3. “Kunuz al həqaiq” Mənəvi səh.203. 17. ”Ey Əmmar (Yasir), əgər görsən ki, Əli bir vadidə (dərədə) yol gedir, ancaq insanlar başqa vadi ilə yol gedirlər. Onda sən Əli ilə birlikdə get və camaatı boşla getsinlər, həqiqətən o (yəni imam Əli (ə.)) səni heç vaxt hidayət yolundan da çıxarmaz.” 1. “Tarixu Bağdad” c.13,səh.186; 2. “Kənzul-Ummal” c.12,səh.614,shədis 32972; 3. “Əl-Firdous” Deyləmi, c.5,səh.374. 18. “Həqiqətən tezliklə məndən sonra (bu) ümmət sənə xəyanət edəcək (vəfasızlıq edib, əhd-peymanı sındıracaqlar).” 1. “Tarixul-Kəbir” Buxari, c.2,səh.174,hədis 2103; 2. “Müstədrək” c.3,səh.150, 153, hədis 4676, 4686; 3. “Dəlailun-nubuvvə” Beyhəqi, c.6,səh.440; 4. “Tarixu Bağdad” c.11,səh.216,hədis 5928; 5. “Mizanul-İtidal” c.2,səh.93; 6. “Təzkiratul Huffar” c.3,səh.995, hədis 925; 7. “Tarixu Mədinətu Diməşq” c.42, səh.447; 8. “Tarix” ibn Kəsir, c.6, səh.224; c.7, səh.365. 19. “Əli hidayətin bayrağıdır, imanın mənarıdır (nur, işıq istehsal edən yer, qalada olan qarovulçu (gözətçi), yolu tanımaq üçün qoyulan nişanə), məni sevənlərin (məni özünə rəhbər, hökmran bilənlərin) imamıdır və bütün mənə itaət edənlərin nurudur.” (Tarixu Bağdad c.14,səh.99; “Lisanul- Mizan” ibn Həcər, c.6,səh.237); 20. “Mən elmin şəhəriyəmsə, Əli də onun qapısıdır. Ona görə də kim elm istəsə, qapıya tərəf gəlsin.” 1. “Müstədrək” c.3,səh.126; 2. “Məcməuz-Zəvaid” c.9,səh.114; 3. “Musəmul Kəbir” c.11,səh.55; 4. “Camius-Səğir” Suyti, c.1,səh.49; 5. “Tarixu Bağdad” Xətib Bağdadi, c.7,səh.182; 6. “Mizanul İtidal” c.1,səh.247; 7. “Təhzibut-Tənzil” ibn Həcər, c.6, səh.286. 21. “Ey Əli, qiyamət günü olanda, bir dəstə qəbirlərindən çıxarlar, onlar nurdan olan dəvələr üstündə olarlar və libasları nurdan olar, dəvələrinin yüyəni qırmızı yaqutdan olar, mələklər onları məhşərə (toplantı yerinə) tərəf apararlar. İmam Əli (ə.) dedi: Təbərakəllah! Allah insanlara necə də kəramət vermişdir. Allahın Rəsulu (s.a.a.) deyir: Ey Əli! Onlar sənin vilayətini qəbul edənlər və sənin şiələrin və səni sevənlər olarlar. Onlar səni məni sevdiklərinə
görə sevərlər və məni Allahı sevdiklərinə görə sevərlər. Onlar qiyamət günündə qələbə çalanlardır.” 1. “Mizanul İtidal” c.1,səh.421; 2. “Tarixu Mədinətu Diməşq” c.2,səh.346 və 846;
3. “Mucəmul Kəbir” c.1,səh.51; 4. “Kifayətut-Talib” bab.86, səh.313; 5. “Tarixu Bağdad” c.12,səh.358; 6. “Məcməuz-Zəvaid” c.9,səh.173; c.10,səh.21; 7. “Ənsabul Əşraf” c.2,səh.182. 22. “Allahın Rəsulu (s.a.a.) dedi: Merac gecəsi Allah məni seyr edə elətdi və Rəbbimin hüzuruna çatanda mənə Əli (ə.) barəsində 3 şeyi vəhy etdi: 1) Həqiqətən o müsəlmanların seyyidi; 2) Təqvalıların (müttəqilərin) vəlisi (hökmdarı); 3) Üzü nuruların himayədarıdır.” 1. “Tarixu Diməşq” c.2,səh.256, hədis 772; 2. “Mizanul-İtidal” c.1,səh.211; 3. “Məcməuz-Zəvaid” c.9,səh.121; 4. “Mustədrək” c.3,səh.138; 5. “Kifayətut-Talib” bab.45,səh.190; 6. ”Hilyətul-Əvliya”, c.1,səh.63; 7. “Usdul-Ğabə” c.1,səh.69; c.3,səh.116; 8. “Kənzul-Ummal” c.11,səh.620. 23. “Sən məndən sonra (mənim) xəlifəmsən.” 1. “Lisanul-Mizan” c.2,səh.414; 2. “Əl-İsabə” c.1,səh.209; 3. “Taroxi Diməşq” c.42,səh.42,43,102; 4. “Kənzul Ummal” c.12,səh.203; 5. “Usdul-Ğabə” ibn Əsir, c.4,səh.30; 6. “Tarix” Təbəri, c.5,səh.43; 7. “Məcməuz-Zəvaid” c.9,səh.113 24. Mən ənbiyaların (peyğəmbərlərin) xatəmiyəm (mphürü, yəni sonuncusuyam). Və Əli (ə.) əvsiyanın (vəsilərin yəni, vəsiyyət edilənlərin) xatəmidir (yəni sonuncusudur). 1. “Hilyətul Əvliya” c.1,səh.63; 2. “Mucəmul-Əvsat” c.2,səh.336, hədis 2155; 3. “Məcməuz-Zəvaid” c.9,səh.149; 4. “Fəthul Bari fi şərhi Səhihu Buxari” c.8,səh.150; 5. “Tarixu Diməşq” c.29,səh.4.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев