Yusif (ə) Peyğəmbərin Cəbrail (ə) ilə maraqlı dastanı:
Həzrət Yusif saray eyvanından bir
cavanı gördü ki, sadə paltarla sarayın kənarından keçirdi, Cəbrail (ə) dedi: Bu
cavanı tanıyırsan?
Həzrət Yusif (ə) buyurdu: Xeyr.
Cəbrail (ə) buyurdu: Bu elə o körpə
qundağ uşaqdır ki, beşikdə (Zuleyxə fitnəsindən səni amanda saxlamaq üçün) şəhadət
vermək üçün dilə gəldi və Misrin əzizi qarşısında sənin paklıq və iffətinə şəhadət
verdi. ...
Həzrət Yusif (ə) buyurdu: Onun mənim
boynumda haqqı var. Nəticədə əmr verdi, cavanı gətirdilər, əmr verdi ki, onu
bahalı paltarla geyindirdilər və ona çoxlu hədiyyələr bağışladı. ...
Cəbrail (ə) bu mənzərəyə baxmaqla
gülümsədi!
Həzrət Yusif (ə) buyurdu: Mənim hədiyyələrim
az idi ki, təhqir baxışla gülümsədin?!
Cəbrail (ə) dedi: Mənim təbəssümümdən
məqsəd budur ki, sən ki məxluqsan və sənin haqqında uşaqlıqda istəmədən
(Allahın əmri ilə) paklığına şəhadət verən uşağa bu qədər hədiyyə və ehsan
etdin. Buna nəzər salmaq lazımdır ki, Böyük Allah o bir şəxsin haqqında nələr hədiyyə
verəcək ki, bir ömür Tövhidə və Allahın təkliyinə bilərəkdən şahadət verir. (Nəhavəndinin
Xəzinətul-Cəvahir kitabının mətnindən tərcümə).
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев