Kuçədə 8-9 yaşında bir qızın diləndiyini gördum:
Dunya daraldı gözumdə.
Ayaqları yalın,yaxası açıq,
Kirdən lulələnib başında saçı.
Dilində yalvarış,əllərin açıb
Dilənir bu uşaq,çarəsi yoxdu,
Görəsən bu qızın anası yoxdu?
Kimə əmi deyir,kiminə dayı,
Yox belə qohumun sambalı,sayı.
Hərdən bir qazanır bir söyuş payı,
Kiməsə deməyə nalası yoxdu,
Görəsən bu qızın anası yoxdu?
Bir ana bətnindən doğulan tale,
Bu gun olub duçar,çirkaba "valeh".
Bir uşaq böyuyur əməli saleh,
Duşub çərçivəyə,dairəsi yoxdu;
Görəsən bu qızın anası yoxdu?
Bəlkə də bilməyir ev-eşik nədir,
Onun gözlərində hər şey köhnədi.
Allah,yandı bağrım,könlum göynədi
Allah,bu uşğın yiyəsi yoxdu,
Nə bilim atası,anası yoxdu.
Dilənir bir tikə çörəyin pulun,
Tökur kuçələrə gözunun nurun.
Bir ömurdur, keçir taleyin yolun
Açıb əllərini,parası yoxdu;
Görəsən,bu qızın anası yoxdu?
***************************************
Bir körpə dilənir,əlləri göydə,
Bir ana gərəkdi görə gözuylə.
Gəzir kuçələri,ruzisi göydə,
Ona ata gərək,balam sözuylə.
Yuya,geyindirə,yedizdirə də,
Ala oyuncaqlar həvəsi boyda.
Solğun gözlərindən savad tökulur,
Nğıllı nənənin gəbəsi boyda.
Bir körpə dilənir,şagird yaşında,
Bəlkə də bu qızdan alim olardı.
Onun arzuları dağlar başında,
Bu gulu o dağdan kimlər qopardı?
Uzuldu əllərim ey acı həyat,
Ey məkirli dunya parçalan,dağıl!
Ana var həkimdən uşaq dilənir,
Uşaq var görməyib layla, nə nağıl.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев