məhəllədəki yeni evlərinə köçdülər. Səhər
yeməyi yeyərkən, qonşu da paltarları asırdı.
Qadın ərinə "Bax, paltarları təmiz deyil,
paltar yumağı bilmir, bəlkə də doğru
sabundan istifadə etmir." deyir.
Əri ona baxır, lakin heç bir söz söyləmir
yeməyinə davam edir.
Qadın, qonşusunun paltar asdığını
gördüyü hər səhər eyni sözləri təkrar edir
yoldaşına.
Bir ay sonra bir səhər, qonşusunun
paltarlarının tərtəmiz olduğunu görən
qadın cox təəccüblə "Bax paltar yumağı
öyrəndi sonda, kim öyrətdi görəsən?"
'Mən bu səhər bir az tez oyanıb
pəncərəmizi sildim' deyə cavab verdi əri...
Həyatda da belə deyildirmi?
Başqalarını izləyərkən gördüklərimiz,
baxdığımız pəncərənin nə qədər təmiz
olduğuna bağlıdır. Birini
mühakimə etməzdən əvvəl öz vəziyyətimizə
baxmaq və 'yaxşı' olanı görməyə hazır olub
olmadığımızın
fərqinə varmaq gözəl bir fikir ola bilər ...
Pəncərələrimizi təmiz tuta bilmək diləyi ilə.
Sabahiniz Xeyir.
Allah Amanında...
#PasTer
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев