Предыдущая публикация
YAYIM TARİXİ: 5 İyul 2014 11:34
Neymar DÇ-2014-ü erkən başa vurdu
Braziliya millisi DÇ-2014-ün 1/4 finalında Almaniya ilə matç öncəsi ciddi itki ilə üzləşib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Kolumbiya ilə oyunda zədələnən Neymarın zədəsinin ciddi olduğu müəyyənləşib. Onun dünya çempionatını erkən başa vurduğu açıqlanıb.
Yığmanın həkimi Rodriqo Lasmar deyib ki, Neymarın onurğasında sınıq aşkarlanıb:
"O, əməliyyat olunmayacaq, ancaq bir müddət hərəkət edə bilməyəcək. Neymar bu zədə ilə futbol oynaya bilməz. Onun bir həftəyə sağalması mümkünsüzdür".
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев