Braziliya millisinin hücumçusu Neymar "DÇ-2014"də bu gecə qarşılaşacaqları Kolumbiya ilə oyun haqda danışıb.
Qol.Az-ın məlumatına görə, Neymar "The Times of İndia"ya açıqlamasında Kolumbiyanı məğlub etməyin asan olmayacağını bildirib:
"Kolumbiya Çilidən sonra Cənubi Amerikanın ən güclü komandalarından biridir. Onları məğlub etmək heç də asan olmayacaq. Bu oyun Neymarla Ceyms Rodriqes arasında deyil, Braziliya ilə Kolumbiya arasında olacaq.
Rodriqesi daha öncə də tanıyırdım. O, çox istedadlı futbolçudur və bunu mundialda da nümayiş etdirir. 22 yaşında olarkən mən də çox şey öyrəndim, təcrübə qazandım. Ümid edirəm ki, onu meydanda dayandıra biləcəyik".
Bir jurnalistin "hansınız daha yaxşısınız?" sualına Neymar "bilmirəm, amma Braziliya olaraq onu "kölgədə qoyacağımıza" inanıram" deyə cavab verib.
Qeyd edək ki, Braziliya - Kolumbiya oyunu bu gecə, Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев