Ailədə gözəl tərbiyə almış Məmməd əxlaqlı,
dürüst, dindar bir gənc idi. Ən çox sevdiyi
insan ata nənəsi idi. Ondan xeyli dini
məlumatlar almışdı. Ən çox da nənəsindən
aldığı şükür tövsiyəsi onu çox
həyəcanlandırmışdı. Nənəsi ona tez-tez:
“Övladım, biz çox zəif insanlarıq,
ehtiyacımız da çoxdur, Rəbbimizin lütfü isə
çox genişdir. Bizə saysız nemətlər
vermişdir. Ona nə qədər şükür etsək də,
yenə azdır. Ona görə də ömrün boyu, son
nəfəsinə qədər şükür içində yaşa. Allahın
lütfü də, qəzəbi də xoşdur. Ondan nə
gəlirsə-gəlsin, hər zaman şükür et”, -
deyirdi. Məmməd də bu sözləri qulağında
sırğa etmişdi, həmişə Rəbbinə şükür edirdi.
Artıq Məmmədin evlənmək vaxtı çatmışdı,
valideynlərinin tövsiyəsi ilə halal süd əmmiş,
özü kimi dindar bir qızla evləndi. Ona görə
də Rəbbinə çox şükür etdi. İki rükət şükür
namazı da qıldı. Məmməd xanımı ilə
xoşbəxt bir həyat yaşayırdı, bir-birinə qarşı
çox səmimi idilər. Bu xoşbəxtliyi dəfələrlə
artıra biləcək bir müjdə lazım idi, o da çox
gecikmədi, Məmməd ata olacaqdı. O qədər
çox sevindi ki, dərhal dəstəmaz aldı, şükür
səcdəsi etdi və Rəbbinə belə bir dua etdi:
“Allahım, heç layiq olmadığım halda mənə
çox lütf edirsən. Sənə kainatdakı zərrələrin
sayı qədər həmd-səna olsun. Dünyaya
gələcək yavrumuzu tərbiyəli, Sənin rizandan
bir an da olsun, ayrılmayan bir övlad elə”.
Doqquz ay sonra Məmmədin bir oğlu
dünyaya gəldi. Xanımı ilə məsləhətləşərək
adını Abdullah qoydu. Abdullah
doğulduqdan sonra bu evdə hər şey
dəyişmişdi, hər şey gözəlləşmişdi.
Valideynlər həyatlarını Abdullaha görə
qurmuşdular. Onunla oturub, onunla
dururdular. Üç il sonra artıq Abdullah
danışa bilirdi, evdə müxtəlif dəcəlliklər edir,
şirin dili ilə ata-anasını güldürürdü. Atası
namaz qılarkən o da gəlib yanında dayanıb,
onunla bərabər namaz qılırdı, axşamlar
Məmməd evdə ucadan kitab oxuyar,
Abdalluhla anası da ona qulaq asardılar.
Məmməd və ailəsi, beləcə, xoşbəxt bir həyat
sürərkən bir gecə gözlənilmədən
Abdullahın temperaturu qalxdı. Anası ana
qayğıkeşliyi ilə bir qədər də təşvişə düşdü.
Məmməd: “Bir şey olmaz, əvvəllər də belə
şeylər olmuşdu. Bir az parça və su gətir,
temperaturunu düşürək”, - dedi. Bütün
gecə, beləcə, çalışdılar, amma Abdullahın
temperaturunu salmaq mümkün olmadı,
gözlərinin altı da qaralmışdı. Məmməd
həkim çağırmaq üçün evdən çıxdı, həkim
isə qəsəbədə yaşayırdı. Qəsəbə ilə kənd
arasında 3 saatlıq yol var idi. 6 saat sonra
Məmməd həkimlə birlikdə evə qayıtdı.
Həkim Abdullahı müayinə etdi, uşağın
vəziyyəti yaxşı deyildi. Anası həkimin
üzündəki ifadədən oğlunun vəziyyətinin
ciddi olduğunu anlamışdı. “Doktor bəy, nə
olar, söyləyin ki, oğlum sağalacaq”, - dedi.
Həkim cavab vermədən Məmmədi də
çağırıb otaqdan çıxdı. Artıq gec olduğunu,
uşağın bir neçə saatlıq ömrü qaldığını
atasına dedi. Məmməd də otağa qayıtdı.
Xanımının ağlamaqdan gözləri qan
çanağına dönmüşdü. Məmməd uşağının
yatağının başında diz çökərək, onun
saçlarını oxşayırdı. Çox kövrəlmişdi, artıq
göz yaşlarını da saxlaya bilmirdi. Bir yandan
ağlayır, bir yandan da belə deyirdi: “Canım
oğlum, inşallah, cənnətdə görüşəcəyik,
səndən doymadım, amma olsun, səni bizə
bir hədiyyə olaraq Rəbbimiz vermişdi, verən
də O, alan da O. Onun əmrinə qarşı çıxa
bilmərik, Ona minlərcə şükür olsun”. Artıq
Abdullah son nəfəsini vermişdi. Bu arada
Cənabi-Haqq ilə ölüm mələyi Əzrayıl
arasında belə bir söhbət oldu:
- Bəndənin ciyərparasını əlindən aldınız, o,
bu vəziyyəti necə qarşıladı, nə söylədi?
- Yarəbb, səbir etdi, Sənə şükürlər etdi.
- Bu bəndən üçün cənnətdə bir köşk qurun,
adını da “Şükür köşkü” qoyun.
Bəli, hər bir vəziyyətdə Allaha şükür etmək
və səbirli olmaq sonda cənnəti qazanmağa
səbəb olur. Başımıza bir bəla gəldiyi zaman
bir anlıq əsəblə Allaha qarşı üsyan etmək
doğru deyildir. Bu əsəblə insanın özünü
rahatlaşdırmağa çalışması özünü
aldanışdır. Bu cür üsyanla rahatlığa
qovuşmaq mümkün olmadığı kimi, cənnəti
itirmək təhlükəsi də vardır.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1