Peyğəmbər(s.a)
acmışdı. Xanım Zəhra(s.ə) iki ədəd
çörək və bir az ət hazırlayıb atasına
apardı. Bir az sonra Peyğəmbər(s.a)
yemək ilə birlikdə Fatimənin(ə)
yanına gedib buyurdu: Gəl qızım bir
yerdə yeyək! Fatimə(s.ə) qabın
üzərindəki parçanı götürdü. Qabın
çörək və yemək ilə dolu olduğunu
müşahidə etdi. Başa düşdü ki, bunlar
Allah tərəfindəndir. Peyğəmbər(s.a)
soruşdu: bu yeməkləri haradan
gətirdin?
Xanım cavab verdi: Allah
tərəfindəndir. Allah hər kimə istəsə,
hesabsız ruzi verir.
Peyğəmbər(s.a) buyurdu: Şükr olsun
Allaha! Səni Bəni-İsrail qadınlarının
xanımı Məryəmə oxşatdı. Sonra
Peyğəmbər(s.a) Əli(ə), Həsən(ə),
Hüseyn(ə) və bütün ailəni bir yerə
yığdı. Hamısı o yeməklərdən yeyib,
doydular. Lakin yemək olduğu
miqdarda da qaldı. Fatimə(s.ə) bu
yeməkdən qonşulara da verdi.
(Dəlailul-imamə, səh. 48. )
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев