Bitsin həmişəlik mübahisəmiz
Illəri bir günə satib gedirəm
Bu evə bununçün köçməmişdik biz.
Sən ayri insansan, mən ayri insan
Daha baxişlarin mənə yad gəlir
Dəyişdikcə illər, ötdükcə zaman
Şirin xatirədən aci dad gəlir.
Elə bil halima aciyan kimi
Divarlar dur deyir, qapi get deyir
Qapi ağzin açib ac ilan kimi
Məni diri-diri udmaq istəyir.
Mənə nə qaldi ki, özün de özün
Üç ilin əzabi, qəmi, möhnəti
Bu kiçik ailənin dağilir bu gün
Üç il hökm sürən hakimiyyeti.
Üzümə bax mənim gözlərin dolub
Niyə baxışların yola tərəfdir
Bu gün böyüklərin gözünü yumub
3 il bundan qabaq etdiyi səhvdir
Şəklini verdilər baxım bəyənim
Özün də bilmirdin seçiləcəksən
Bilməzdim haçansa gözümdə mənim
Sən o şəkil qədər kiçiləcəksən
Bilirik ayirir bizi bu saat
Mənim həyat tərzim,dünya görüşüm
Ayriliq səninçün mənsiz bir həyat
Mənim sənsizliklə tənha görüşüm.
Bilmir qucağinda uyuyan uşaq
O öz atasindan ayrilir indi
Düzdü ata olmaq çətindir ancaq
Ataliq eləmək daha çətindir.
Bu evin divari bağli bir qəfəs
Bu evin çiraği zülmətdi mənə
Bir sözlə bu evdə alinan nəfəs,
Bu evdə yaşamaq əziyyətdi mənə.
Dondu baxişlarin, yaşardi gözün
Istədin deyəsən getmə nə olar
Bilirdin ki, yerə düşəcək sözün
Yoxsa sözdü sözü deməyə nə var.
Səhərlər üzünə günəş doğacaq
Yoluma baxdiğin pəncərələrdən
Indi kin yağacaq, nifrət yağacaq
Baxib doymadiğin mənzərələrdən.
Gözləmə qayidib gəlməyəcəyəm
Gedirəm bu evdən gəldiyim kimi
Bəlkə də heç zaman ölməyəcəyəm
Sənin ürəyində öldüyüm kimi.
Anlaşa bilməmək ayirir bizi
Bizimçün məhkəmə, filan nə gərək
Bir gün heç olmasa bir-birimizi
Gəl düzgün anlayaq, düz başa düşək.
Get başin ucadir, namusun təmiz
Bununçün özümü xoşbəxt sayiram
Xəyanət üzündən ayrilmiriq biz
Səni buna görə alqişlayiram.
Gedirəm həm mənim göz bəbəyimdə
Həm sənin gözündə yaş qoyacağam
Dəfn edib sevgimi öz ürəyimdə
Üstünə ağir bir daş qoyacağam.
Çətin günlərimdə, dar günlərimdə
Mən səni ilk gündən sinamamişam
Sən məni uzaqdan görmüsən həm də,
Mən səni yaxindan tanimamişam.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев