tələsmə!..
Cərrahın
telefonu zəng
çaldı:
-Bəli, eşidirəm.
-Cənab həkim, ağır
xəstə
var, özünüzü
çatdırın. -Gəlirəm –
deyib həkim tələsik
yola
düşdü.
Həkimi
xəstəxanada ağır
xəstənin
atası
qınaqla qarşıladı: -
Mənim oğlum
ölüm ayağındadır,
nə üçün
gecikirsiniz?! Öz
oğlunuz
olsaydı belə
edərdinizmi?!
Cərrah gülümsədi:
-Mənə xəbər
çatan
kimi tələsik
gəlmişəm. Bir də
unutmayın ki,
həyat və ölüm
Allahın
əlindədir. Cərrah
əməliyyat
otağına
daxil oldu.
Əməliyyat iki saat
çəkdi.
Cərrah otaqdan
çıxıb
dəhlizdəki atanın
yanından
sakitcə
ötüb-
keçdi. Ardınca
köməkçi həkim
çıxdı. Ataya
"oğlunuz
yaşayacaq” – dedi.
Ata bir an
sevindi.
Sonra
yenə qəzəblənib
dedi:
-Cərrah pis
adamdır. Nə olardı
ki
çıxanda mənə xoş
xəbər
verəydi?!
Köməkçi həkim
cavab
verdi:
-Cərrahın oğlu
avtomobil
qəzasında
dünyasını
dəyişib.. Biz
onu dəfn
mərasimindən
çağırdıq..
O gözəl insandır.
Oğlunun
dəfn
mərasimi başa
çatmamış
sizin oğlunuzu
xilas etmək üçün
xəstəxanaya gəldi..
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев