Предыдущая публикация
Bircə demə "unut məni"
Unutmaqdan keçib artıq
Ruhumdakı kor rəssam da
Sərxoş olub, içib artıq
Qəlbimə "sən" çəkib artıq
Nə istərsən denən edim
Evdən gedim,səndən gedim
İstəyirsən dündən gedim
Narahat belə etməyim
İstəyirsən mühür vurum
Dilim səni söyləməsin
Qəlbdə qalsın adın yalnız
Əlim qapın heç döyməsin
İstəyirsən dilim təki
Susum artıq danışmayım
Mən olmayım qəlbindəki
Heç sənə də yaraşmayım
İstə sənə yaxlaşmayım
Nə istərsən istə , denən
İstə ginən çəkinmədən
Rican olsun dilə edim
Nə istərsən denən edim
İraq : unutmaqca səni
Bircə demə "unut məni"
Varın olum, yoxun olum
Səndən uzaq yaxın olum
Həsrətinlə qohum olum
Bircə demə "unut məni"
İsmail Türkel
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1