Bir gün bir qadın Peyğəmbər (səlləllahu əleyhi və alih)in
hüzuruna gəlib dedi: İndidən qiyamətə kimi yer üzünə gələcək
bütün qadınlar tərəfindən sizə bir sualım vardır: nə üçün siz
qadın və kişi arasında fərq qoymusunuz?! Kişilər üçün bir
sıra əməl və savablar buyurmuşsunuz ki, qadınlar o
savablardan məhrumdurlar. Misal üçün Allah yolunda cihad
etmək. Allahın Rəsulu (səlləllahu əleyhi və alih) buyurdu:
"Qadının cihadı öz əri üçün yaxşı arvad olmaqdır.”
Məhz buna görə də qadın evdə mümkün olan qədər ən ali
tərzdə təmizliyə, yemək hazırlamağa, uşaqların tərbiyəsinə
və həyat yoldaşına yaxşı qulluq etməyə məşğul olmalıdır ki,
həmişə Allah yolunda cəbhənin ön cərgəsində cihad etmiş
olsun.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев