Təharət (dəstəmaz, qüsl, təyəmmüm).
3826. Allahın Peyğəmbəri (s): «Təharət imanın bir hissəsidir (ya yarısıdır).» (Kənzul-Ummal, hədis 25998)
3827. Allahın Peyğəmbəri (s): «Qiyamət günü bəndədən soruşulan birinci şey təharətdir.» (Kənzul-Ummal, hədis 26010)
3828. Allahın Peyğəmbəri (s): «Təharətsiz heç bir namaz qəbul olunmaz.» (Kənzul-Ummal, hədis 26006)
1176. Pak edənlər.
Quran:
«Öz rəhmətindən (yağışdan) qabaq müjdə verən küləkləri göndərən Odur. Səmadan pak edən suyu yerə endirdik.» (Furqan, ayə 48)
Hədis:
1. Su:
3829. İmam Əli(ə): «Allah-taala suyu pak və pakedici yaratdı. Heç bir şey onun rəngini, ya dadını, ya da iyini dəyişməyincə onu nəcis etməz.» (Vəsailuş-Şiə c.1, səh.101, hədis9.)
2. Günəş:
3830. İmam Baqir (ə): «Üzərinə günəşin şüası düşən hər bir şey pakdır.» (Vəsailuş-Şiə c.2, səh.1043, hədis 6.)
3. Torpaq:
3831. İmam Sadiq(ə): «Allah-taala torpağı da su kimi pakedici qərar vermişdir.» (əl-Fəqih, c.1, səh.109, hədis 224)
4. Od:
3832. İmam Kazim(ə) («əgər gəci (qurumuş və basdırılmış) nəcis və ölünün sümüyü ilə birgə bişirsələr, sonra onunla məscidə (döşəməsinə) mala çəksələr həmin döşəmədə səcdə etmək olarmı»? sualının cavabında): «Bəli, su və od onu pak etmişdir.» (əl-Kafi, c.3, səh.330, hədis 3.)
1177. Mənəvi paklıq.
Quran:
«Allah siz əhli-beytdən(ə) çırkabı aparıb sizi pak-pakizə etmək istəyir.» (Əhzab, ayə 33)
«Onların mallarından sədəqə götür ki, bunun vasitəsilə onları pak edərsən. Onlar üçün dua et ki, sənin duan onların sakitliyinə səbəb olar. Allah eşidən və biləndir.» (Tövbə, ayə 103)
Hədis:
3833. İmam Əli(ə): «Allah-taala imanı, şirkdən təmizlənmək üçün vacib etdi.» (Nəhcül-Bəlağə, hikmət 252)
3834. İmam Əli (ə): «Həqiqətən, ilahi təqva sizin qəlblərinizin xəstəliyinin dərmanı və canlarınızın çirkabını pak edəndir.» (Nəhcül-Bəlağə, xütbə 198)
3835. İmam Əli(ə): «Bir halda pak olmayandan qaçmırsınız, onda özünüzü eyblər və günahların çirkabından pak edin.» (Ğurərul-Hikəm, hədis 3743)
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев