Qorxma ayriliqdan burax əlimi,Sevgi ayriliqdan güclüdü vallah.Dünyada nə qədər sevgi var bil ki,Sən mənim dilimin əzəli, ilki.Qorxma ayriliqdan ölüm deyilkiSevgi ayriliqdan güclüdü vallah.Sən hələ bilmirsən ayriliq nədirHər səfər könlünü sixir inlədir.Ayrilan cisimdir, ruh səninlədirSevgi ayriliqdan güclüdü vallah.Sənsiz həyat deyil ömür gün mənə,Tək sənsən ürəkdən yanan sən mənə.Qorxma ayriliqdan inan sən mənə,Sevgi ayriliqdan güclüdü vallah.Qorxu intizar var ağlar gözündəNeçə yalvariş var bircə sözündə.Bir gün biləcəysən elə özün dəSevgi ayriliqdan güclüdü vallah.Nə fərqi yaxinam yada uzağamHələki səninəm nə qədər sagam.Ölsəm o dünyadan qayidacagamSevgi ayriliqdan güclüdü vallah.Göz yaşi əbəsdi çixib gedəcəmKönlümü odlara yaxib gedəcəm.Mən sənə, hamiya sübut edəcəmSevgi ayriliqdan güclüdü vallah
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев