yandım, bişdim,” deyir Mövlana Celaleddin Rumi.
Bu, varlığın ümumi varoluş sirri ilə böyük ruhlardakı xüsusi məqsədə nail olma sirrini eyni anda ifadə edən ölümsüz sözlərdən biridir. Mövlana kimi ölümsüz bir sözdür.
Xamlıqdan bişmişliyə, toxumdan filizə, filizdən çiçək və meyvəyə, kobud kütlədən yontulmuşluğa keçiş, yolçuları qədər yolları da gedən həyatın hər an yeni bir mənzilə yetişmək eşq və iradəsinin sərgilənməsidir. Bu, haldan hala, mərhələdən mərhələyə keçid, digər varlıqlardan fərqli olaraq insanda "özünü fərq edən dəyişmə" olaraq baş verir.
İnsandakı şüurlu yol qavrayışının göstəricisi isə ıstırapdır. Bu səbəbdən, Mövlana insanın varoluşu və məqsədə nail olmağı "yanmaq" ilə göstərir. Daş və torpaq da yanar, amma onların yanışı əzab deyil; çünki onlar şüurlu deyillər. Yəni onların "mən"i yoxdur.
Bilirsinizmi, sevginin ana enerjisi yanmaq və həsrət çəkməkdir.
Həsrətsiz və ya yanğısız bir varoluş insana görə deyil. Həsrət çəkmədən, yanmadan bir qovuşmaq böyük ruh üçün mümkün deyil. Böyük ruhdakı məqsədə çatmaq saxtakarlıq, asan əldə etmək, vurğunçuluq, dilənçilik və bələşçilik qəbul etmir.
Yanğısız qovuşan zövqlər eşq olmur. Yanğısız əldə edilən qadın, sevgili olmur, sadəcə "qadın" olur.
Eşq, vuslatı həmişə dağın arxasında saxlayır ki, aşiq biraz daha yanabilsin. Çünki o, yeni aşıqın qovuşacağı mənzilini ucaldmaqdadır. Arzuladığınızı qollarınıza təslim edən bir sevda eşq deyil, ət və qan xoşlanmasıdır.
Yanğısız edilən günahların belə zövqü yoxdur. Yanışı olmayan üzlərdə nur, gözlərdə fər görmək mümkün deyil. Yanğısız əldə edilmiş sərvətlərlə bəslənənlər insan olmur; insan görkəmində heyvan olur.
Yanğısı olmayan ibadətlər belə səmimi deyil.
#Veto
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев