(hərçənd ki, mən inboxdan çox az hallarda istifadə edirəm - ilk tanışlıq zamanı, hal - əhval tutmaq və mövzu müzakirəsi zamanı) Yəni, bir insan gözəl insani keyfiyyətlərdən bəhs edən statuslar paylaşdığı halda, inboxda öz çirkin niyyətinə çatmaq üçün şəxsən bunun əksini nümayiş etdirirsə, deməli, o kəs ən əxlaqsız, şərəfsiz adamdır. Necə deyərlər -" üstü bəzək, altı təzək." İnsan dediyimiz varlıq şəxsiyyətli, ləyaqətli olmaqla bərabər həm də bir üzlü olmağa borcludur. Bir neçə rəngə boyanmaq insanlıqdan deyil. 10 illik odnoklassniki təcrübəmə əsaslanaraq çox təəssüf hissi ilə deyə bilərəm ki, bu məkanda elə səviyyəsizlərin sayı, kalkulyatorun (ironik)hesaba ala bilmədiyi qədərdir...
Bunu ciddiyə almaq lazimdir..
Diqqətiniz üçün sağolun..
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев