Necə asan səslənir hə?
Yaşamayan üçün çox mənasız,yaşayan üçün bir ömürə bədəl.Bütün imkansızlıqdan içində itib batmaq.Olmazlar içində boğulmaq.Nə deyirdilər? Hə ,Saudade. İmkansız,sounu bilə-bilə sevmək. Bir insan özünə bu pisliyi niyə edər ? Niyə sonunu bilə-bilə sevər ki ? Eşq birazda axmaqların işidir axı. Qarşındakının sevgisindən əmin deyilsən amma o qədər çox sevirsən ki..Eybi yox yalan desin amma yanımda olsun deyirsən.İtirmək istəmirsən. Bu ki həqiqətən axmaqlıqdır.Şəkillərdəki gözlərində ki kədərə məna verə bilmirsən. Amma çox incindiyini bilirsən. Səndə incitmək istəmirsən amma əlində olmadan çox incidirsən bəlkədə. Bir dəfə düşdün bu burulğana,canını almadan səni kənara atmayacaq bunu çox gözəl bilirsən amma hər dəfə o burulğana can atırsan.Bir hekayədə oxumuşdum. Özünü, göyqurşağına aid olmayan qara rəng kimi hiss edirdi. Mən qarayam deyirdi.
İçindəki qaranlığı başqa cür necə izah etmək olar ki? O qədər al-əlvan rənglər varkən qara olmaq. Yara olmaq...
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 2