Əlidən soruşdular: "Allahın ən
güclü əsgəri kimdir?". O, belə
cavab verdi: "Dəmirə baxdım,
onun möhkəmliyini və sərtliyini
görüb Allahın ən güclü və
əzəmətli əsgərinin dəmir
olduğunu düşündüm. Daha sonra
oda baxdım. Gördüm ki, od dəmiri
əridir. Dedim ki, Allahın ən güclü
və əzəmətli əsgəri oddur.
Daha sonra suya baxdım gördüm
ki, su odu söndürür. Bu zaman
suyun Allahın ən güclü və
əzəmətli əsgəri olduğunu zənn
etdim. Sonra buludlara baxdım.
Buludların suları daşıdığını görüb
buludların Allahın ən güclü və
əzəmətli əsgərləri olduğunu
düşündüm. Küləyə baxdım.
Buludların küləklər vasitəsi ilə
hərəkətə gətirildiyini gördüm. Öz-
özümə küləklərin Allahın ən güclü
və əzəmətli əsgərləri olduğunu
fikirləşdim. Sonra dağlara baxdım.
Gördüm ki, küləklərə sinə gələn
dağlardır. Dağların Allahın ən
güclü və əzəmətli əsgərləri
olduğunu düşündüm. Daha sonra
insana baxdım. Gördüm ki, insan
dağların üstündə dayanıb. Bu
dəfə insanın Allahın ən güclü və
əzəmətli əsgəri olduğunu
düşündüm. Sonra insanı zəif edən
səbəbə baxdım. Gördüm ki, yuxu
insanı zəiflədib, özündən bixəbər
edir. Dedim ki, yuxu Allahın ən
güclü və əzəmətli əsgəridir.
Yuxunu qaçıran səbəblərin nə
olduğunu düşündüm. Qəm və
kədərin yuxunu qaçırdığını
gördüm. Qəm və kədərin Allan ən
güclü əsgəri olduğunu dedim.
Daha sonra gördüm ki, qəm və
kədərin yeri qəlbdir. Qəlbin
Allahın ən güclü və əzəmətli
əsgəri olduğunu düşündüm.
Baxım ki, bu qəlb yalnız Allahı zikr
etməklə hüzura və rahatlığa
qovuşa bilir. Bu zaman əmin
oldum və dedim ki, Allahı zikr
etmək ən güclü və əzəmətli
əsgərdir".
m.odnoklassniki.ru/dk?st.cmd=altGroupMain&st.groupId=52977188274427&_prevCmd=userAltGroups&tkn=1420
m.odnoklassniki.ru/dk?st.cmd=altGroupMain&st.groupId=52977188274427&_prevCmd=userAltGroups&tkn=1420
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев