28 oktyabr 1911, Sərab, Cənubi Azərbaycan – 17 dekabr 1993, Bakı
Yazıçı, dramaturq və ictimai xadim olan Mirzə İbrahimov Azərbaycan ədəbiyyatının və elminin zənginləşməsində müstəsna xidmətlər göstərmişdir.
Güney mövzusuna sədaqəti onu nasirlərimiz içində hamıdan ayırdı. Mirzə İbrahimov o taya ana dilini aparmaqla yanaşı, Təbrizdə ana dilində nəşr olunan “Vətən yolunda” adlı qəzetinin də bünövrəsini qoydu.
O, Azərbaycan ədəbiyyatını "Həyat", "Madrid", "Məhəbbət", "Kəndçi qızı", "Yaxşı adam", "Közərən ocaqlar" pyesləri, "Gələcək gün", "Böyük dayaq", "Pərvanə" romanları, "Güləbətin", "Fırtına quşu", "Xosrov Ruzbeh" povestləri, "Cənub hekayələri" silsiləsi və s. əsərləri ilə zənginləşdirib. "Böyük demokrat", "Həyat və ədəbiyyat", "Azərbaycan dili", "Xəlqilik və realizm cəbhəsindən", "Aşıq ədəbiyyatında realizm" kimi tədqiqat əsərlərinin müəllifidir. Vilyam Şekspirin "Kral Lir", "On ikinci gecə", Molyerin "Don Juan", Anton Çexovun "Üç bacı" pyeslərini, Nikolay Qavriloviç Çernışevskinin "Nə etməli" romanını və digər əsərləri Azərbaycan dilinə tərcumə edib.
Böyük Vətən müharibəsi illərində sovet ordusu sıralarında İranda olub, müşahidələr aparıb, "Vətən yolunda" qəzetinin redaktoru kimi fəaliyyət göstərib.
Topladığı fakt və apardığı müşahidələr əsasında bir sıra dəyərli əsərlərini qələmə alıb. Onun tarixi mövzuda yazdığı "Pərvanə" romanı ədəbiyyatşünaslıqda xüsusilə yüksək dəyərləndirilir.
Allah rəhmət eləsin!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев