Əsl soyadı İskəndərov olan Əliağa Vahid Azərbaycanın ilk Dövlət Mükafatı laureatı olmuşdur. Füzuli ənənələrinin davamçısı sayılan Ə.Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir.
Bununla yanaşı, o, Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə məharətlə tərcümə etmişdir. Əliağa Vahidin yaradıcılığı bununla məhdudlaşmır. Şair satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa etmişdir. Ə.Vahid haqqında 1991-ci ildə "Qəzəlxan" filmi çəkilmişdir.
Deyilənə görə, Ə.Vahid əslində içki aludəçisi olmamış, repressiyaya görə özünü içki içən kimi göstərirmiş ki, ona toxunmasınlar.
Bir dəfə Mircəfər Bağırova repressiya ilə bağlı bir siyahı təqdim edirlər. Siyahıda Ə.Vahidin də adı olur. Mircəfər Bağırov Əliağa Vahidin adının üstündən xətt çəkib bildirir ki, o, bütün günü sərxoş olan adamdır, ondan ziyan gəlməz... Ə.Vahid bir müddət yaxşı şəraitdə yaşamamışdır.
Hətta bununla bağlı Mircəfər Bağırova şeir də həsr etmişdir. Sonralar M.Bağırov Ə.Vahidi yanına çağırtdıraraq, onu mənzillə təmin etmişdir.
Əliağa Vahid əvəzolunmaz qəzəl ustadıdır. Şairin öz təbirincə desək:
- Səni zəmanə yetirməz dübarə, bir dənəsən!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 4