Предыдущая публикация
Ərazi 1611 km²
Əhali 91400[1] (1 yanvar 2009-cu il) nəfər
Əhali sıxlığı 53 nəfər/km²
Yaranma tarixi 08.08.1930[2]
Nəqliyyat vas. kodu 56[3] (1 yanvar 2009-cu il)
Telefon kodu 176
Poçt kodu (Mərkəzi PŞ) AZ 5600
Yaşayış məntəqələrinin sayı 61
İcra başçısı Məmmədov Asif Salman oğlu
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 4
бес кенде(геоглярда) не гедер адам яшайыр?
10-13minn arasi
Şamaxını əvvəlcə tarix kitablarından tanımışam. O kitabları oxuduqca qədim şəhərin şöhrətli tarixi göksümü qabardıb. Şamaxı gözəlliyi ilə təkcə Azərbaycanda deyil, ətraf ölkələrdə də məşhur olub. Əsrlərlə Şirvanın gözü sayılan bu şəhər böyük mədəniyyət, elm və sənətkarlıq mərkəzi sayılıb. Nə qədər acı olsa da, zəlzələlər, daxili çəkişmələr və yadellilərin hücumları Şamaxını dəfələrlə viran qoyub. Lakin şamaxılılar bu yurdu yenidən tikib-qurublar, yaşadıblar.
...ЕщёŞamaxı torpağı həm də gözəlliklər məskənidir. Şəhərdən üzü yuxarı üz tutub getdikdə bu yerin təmiz havası insanın içini rahatladır, gözlərin isə bir-birindən gözəl mənzərələrə baxmaqdan doymur. Şamaxı Astrofizika Rəsədxanasına çatar-çatmaz təbiətin bu torpağa bəxş etdiyi daha zəngin bir mənzərənin şahidi olursan. Adam baxmaqla doymaq bilmir. Fərəhlidir ki, son illər bu dağların sinəsində xeyli yeni istirahət mərkəzləri istifadəyə verilib.
Şamaxılılar mehriban, istiqanlıdırlar - xüsusilə qonağa çox hörmətlə yanaşırlar. Buna
Şamaxını əvvəlcə tarix kitablarından tanımışam. O kitabları oxuduqca qədim şəhərin şöhrətli tarixi göksümü qabardıb. Şamaxı gözəlliyi ilə təkcə Azərbaycanda deyil, ətraf ölkələrdə də məşhur olub. Əsrlərlə Şirvanın gözü sayılan bu şəhər böyük mədəniyyət, elm və sənətkarlıq mərkəzi sayılıb. Nə qədər acı olsa da, zəlzələlər, daxili çəkişmələr və yadellilərin hücumları Şamaxını dəfələrlə viran qoyub. Lakin şamaxılılar bu yurdu yenidən tikib-qurublar, yaşadıblar.
Şamaxı torpağı həm də gözəlliklər məskənidir. Şəhərdən üzü yuxarı üz tutub getdikdə bu yerin təmiz havası insanın içini rahatladır, gözlərin isə bir-birindən gözəl mənzərələrə baxmaqdan doymur. Şamaxı Astrofizika Rəsədxanasına çatar-çatmaz təbiətin bu torpağa bəxş etdiyi daha zəngin bir mənzərənin şahidi olursan. Adam baxmaqla doymaq bilmir. Fərəhlidir ki, son illər bu dağların sinəsində xeyli yeni istirahət mərkəzləri istifadəyə verilib.
Şamaxılılar mehriban, istiqanlıdırlar - xüsusilə qonağa çox hörmətlə yanaşırlar. Buna görədir ki, malakanlar iki əsrdən çoxdur ki, bu torpaqda pahat yaşayır və işləyirlər. Onu da deyək ki, Şamaxıda ruslar, ləzgilər, yəhudilər və başqa xalqların nümayəndələri də yaşayırlar, özü də mehriban ailə kimi.
Şamaxı torpağı bərəkətli, iqlimi mülayimdir. Bu səbəbdən də rayonun ərazisində, demək olar ki, hər cür kənd təsərrüfatı məhsulu yetişdirmək mümkündür. Buna görə də Şamaxı bazarına çıxanda əsasən yerli məhsullara rast gəlmək olur. Bu torpaqda lap qədimdən müxtəlif üzüm sortları yetişdirilib. Ötən əsrin yetmiş-səksəninci illərində Şamaxı üzümçülərinin fədakarlığı rayonu daha da şöhrətləndirib.
Hər dəfə Şamaxı deyiləndə gözlərin önünə əsrlərin yadigarı qalalar, geniş mənzərələr, bol məhsullu zəmilər, üzümlüklər və fədakar insanar gəlir.