Yari yad etməsəm gəl,ömründə yad etməz məni, Yar məni yad eyləsin hərçəndki mənnən dur deyil, bu qəlbim əvvarədir gah şad gah qəm çəkir, Atəşilə yanmişam Peyvəstə can məsrur deyil. Gəl onun kordur gözü eşqim açiğ-aşkardadi, Menki aşkar sevmişəm menim sevgim məstur deyil. Ehtimal etmə aşiq içib camdan olmuş xumar, İçsə də eşq şərabin ancaq hələ məxmur deyil. Çox demə yarim,gedib aşiq səni tərk elyərəm. Aşiq onsuz tənhadir aşiq məgər məhcur deyil? Bu könlüm ta əzəldən dərd cəkməyə öyrəncəli, sən elə zənn eyləmə könlüm buna məcbur deyil. Mələksən sandim demə şeytanimişsən ey gulum. Sən demə aldanmişam gözlerindeki nur deyil
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев