* Mən onun-bunu qeybətini edən insanlarda ABIR-HƏYA axtarıram...
* Mən vətənin hər bir torpağını satan insanlarda KİŞİLİK axtarıram...
* Mən gündə bir qız fırladıb bununla fəxr edən oğlanlarda VİCDAN axtarıram...
* Mən anasını-atasını küçəyə, qocalar evinə atan insanlarda İNSANLIQ axtarıram...
* Mən oğlanla görüşmək üçün atasına yalan danışan qızlarda DÜRÜSTLÜK axtarıram...
* Mən bayrağını tərs tutan,erməni ilə şəkil çəkdirən insanlarda VƏTƏNPƏRVƏRLİK axtarıram...
* Mən çıxdığı hoqqalara don geyindirmək üçün başını bağlayan qızlarda MƏNƏVİYYAT axtarıram...
* Mən həyat yoldaşını sadəcə evdə iş görən canlı kimi baxan kişilərdə ATALIQ hissini axtarıram...
* Mən pula görə kimisə sevən, pula görə kiminsə yanında alçalan insanlarda LƏYAQƏT axtarıram...
* Mən ondan bir parça olan, bətnində yaranan övladı abort edən qadında ANALIQ hissini axtarıram...
* Mən mini yubkanı oğlanlar ona baxsın, onlara acıq verim deyə geyinən qızlarda NAMUS axtarıram...
* Mən səni sonsuzadək sevəcəyəm deyən insanda bu sözünü sona kimi tuta biləcək ÜRƏK axtarıram...
* Mən orda-burda min hoqqadan çıxıb sonrada gəlib başqasına dindən dərs keçənlərdə DİN axtarıram...
* Mən Somalıdaki, ac insanlara, minlərlə evsiz-eşiksiz qaçqınlara baxıb halına acımayanlarda MƏRHƏMƏT axtarıram...
*Mən hər kəsin bir-birini sevməsi, dəstək olması, heç bir zaman qəlbini qırmaması və hər anında yanında olacaq bir SEVGİ axtarıram...
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев