Bir gün Peyğəmbər buyurdu: “Ürəklər də dəmir kimi paslanır”. Səhabələr soruşdular: “Bəs qəlbin pasını nə ilə təmizləmək olar?” Peyğəmbər buyurdu: “Quran oxumaqla”.
Yenə Həzrət Mühəmməd Peyğəmbərin (s) hədislərinin birində buyurulur ki, gözünüzün haqqını verin. Soruşdular ki, gözün haqqı nədir? Buyurdu: “Quran oxumaq”. Quran oxuyan insanın əxlaqı gözəlləşər (əgər oxuduqlarını həyata tətbiq edərsə), sağlamlığı möhkəmlənər, gözü itiləşər, həm Allahın, həm də insanların yanında hörmət-izzət qazanar. Quran oxunan evin ruzi-bərəkəti bol olar. Peyğəmbər buyururdu ki, evinizi Quran qiraəti ilə nurlandırın; içində Quran oxunan evin bərəkəti çoxalar, ev əhlinin nemətləri aşıb-daşar.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 4