Uşaq vaxtı elə bilirdim ki, onu çox çeynəyən, sevməyi hamıdan yaxşı bacarır.
O saqqızı çeynəyəndə bir qız düşürdü yadıma – uşaqlıqda sevdiyim, adı belə yadımda qalmayan o qız...
Adını düz-əməlli bilmədiyimiz o saqqız — loves deyirdik biz ona.
Necə gəldi çeynəyirdik, üfürüb şişirdirdik,
sanki arzularımızı da özü ilə göylərə qaldırırdı.
Xəyallarımızı böyüdüb, ümidlərimizi ikiyə vururdu.
Saqqızın içindən çıxan o kiçik şəkillərdən boylanıb gələcəyimizə baxırdıq –
O şəkillər bizə həyatın sirli pəncərələri kimi görünürdü.
İndi, illər sonra, həmin şəkillərdə gördüyüm mənzərələri real həyatda görəndə,
tez dükana qaçıram – yenə o saqqızdan almaq üçün.
Bu dəfə o şəkillərə baxanda gələcəyi yox, keçmişimi görürəm…
Uşaqlığımın güldüyü, sevindiyi günləri,
atamın gülüşünü, anamın mehriban baxışlarını.
Düzü, saqqızın dadı bir az dəyişib – ya da mənə elə gəlir.
Bəlkə o həmişəki dadındadır, amma…
Bəlkə də dəyişən mənəm.
Bəlkə də yumşaqlığı eynidir, sadəcə,
mənim gücüm azalıb…
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев