tıxaclar yaman artıb. Tez-tez tıxacda qalıram.
Dünən də belə vəziyyətdə idim. Yarım saatdan
çox tıxacda qaldım. Adamın ürəyi partlayırdı
lap. Avtomobil gah dayanır gah da heç
seçilməyəcək dərəcədə guya irəliye gedirdi. Elə
bu sıxıcı dəqiqələrdə günümüzdə adi olan bir
hadisənin şahidi oldum. Məndən 3-4 metr
irəlidə bir uşaq avtomobilini açarlayan orta yaşlı
kişiyə yalvarırdı: Dayı nə olar... Dayı 10 qəpik
verərsən... 10ca qəpik. Nə verərsən verərsən
dayı.... Əvvəl elə bildim ki dilənçidi. Amma
yanılmışdım... Kişi Əşiişə düşdük də! Yaxşı da
yaxşı! İşini gör. Neynirsən elə. Axırı məndən əl
çək! deyib yaxınlıqdakı marketə girdi. Uşaq cəld
kənardakı vedrələrdən birini gətirib təkərləri
digəri ilə isə şüşələri təmizləməyə başladı.
Əyninə böyük gələn bozumtul köynəkli uşaq
demək ki dilənçiliklə deyilöz zəhməti ilə halal pul
qazanmaq istəyirdi. Bir neçə dəqiqəyə tər-təmiz
oldu avtomobil. Bizim avtomobilsə bir az
irəliləyə bilmişdinəhayət.Artıq uşagı tam görə
bilirdim. Ən yuxarısı 8-9 yaşı olardı. Amma
əynindəki paltardan ya nədən bilmirəm nisbətən
böyük görünürdü. Uşaq öz işindən məmnun
şəkildə avtomobil sahibini gözləyirdi. O
marketin qapısında görünər-görünməz usağın
gözləri işıqlandı. Tez təkərləri şüşələri bir daha
nəzərdən keçirdi. Artıq kişi hər 2 əlində ərzaq
zənbilləri ilə dolu vəziyətdə yaxınlaşırdı.
Avtomobili açıb zənbilləri qoydu. Uşaq kişinin
diqqət etməyəcəyindən qorxur kimi tez-tez
deyirdi:Dayı maşınını par- par
parıldatdımgördün.. Kişi sükan arxasına əyləşdi.
Gördüm indi isə rədd ol burdan! dedi. Heçnə
demədi daha uşaq. Bir kənara çəkildi. Birtəhər
özünü tıxacdakı avtomobillərin karvana bənzər
sırasına salan avtomobilin arxasınca baxdı
dolmuş gözləri ilə. Gördüklərim çox pis təsir
etmişdi mənə... Endim avtomobildən. Yaxınlaşıb
pul uzatdım usağa. Düz gözlərimin içinə baxdı
və yarı incik yarı sərt MƏN DİLƏNCİ DEYILƏM!
dedi. İti addımlarla yolun kənarındakı ağaca
tərəf getdi söykəndi. Ağacın qalın gövdəsi onun
cılız bədənini təmiz gizlətmişdi. Mənsə... Mənsə
yerimdə donub qalmışdım. Bu boyda kiçik
ürəkdə bu qədər dərin düşüncə bu qədər
qürur... Bir neçə dəqiqə ərzində izlədiyim bu
uşaq gözümdə tanıdığım bəzi insanlardan
ucaydı bu anda... Lakin çox heyf ki belələrinə
qiymət vermir həyat... Çox heyf. Pulu vedrəsinin
içinə qoydum. Əyləşdim. Yol boşalırdı yavaş-
yavaş... İrəliləyirdik... Fikrimdə həmin uşağın
dediyi cümlə idi: MƏN DİLƏNÇİ DEYİLƏM
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев