Nədir pul? Varlı üçün hər şeydir, kasıb
üçün heç nədir. Bu yerdə bu misralar düşür
yada. Demək ki, necə olur olsun, təki pulun
olsun. Pulu olub onu necə xərcləyə
bilməyənlər var, pulu olmayıb xərcləməyə
ehtiyacı olanlar da var. Pulu çox olub borc
verməyənlər var, pulu olmayıb borcunu verə
bilməyənlər də var. Pulu çox olub “Allah”ı
unudanlar var, pulu olmayıb “Allah” kəlməsi
dilindən düşməyənlər də var. Pulu çox olub
”Bəlkə Allah məni imtahan edir, ehtiyacı
olanlara verim” düşünməyənlər var, pulu
olmayıb “Bəlkə Allah məni imtahan edir”
düşünənlər də var. Pulu çox olub israf
edənlər var, pulu olmayıb israfın nə
olduğunu bilməyənlər də var. Pulu çox olub
kababı yemək saymıyanlar var, pulu olmayıb
quru çörək tapmayanlar da var. Pulu çox
olub bu gün aldığı paltarı sabah
bəyənmiyənlər var, pulu olmayıb geyinməyə
paltar tapmıyanlar da var. Pulu çox olub faiz
yeyənlər var, pulu olmayıb faiz ödəyənlər də
var. Pulu çox olub gündə kef məclisi quranlar
var, pulu olmayıb ehsan verə bilməyənlər də
var. Pulu çox olub özəl xəstəxanalar
tikdirənlər var, pulu olmayıb xəstələrini
müalicə etdirə bilməyənlər də var. Bir sözlə
pulu çox olub na şükür olanlar var, pulu
olmayıb şükür edənlər də var.
Bu dünya sizin üçün bir imtahandır. Kimi malı
ilə, kimi canı ilə, kimi də övladı ilə imtahan
olunar. Heç vaxt açılan əlləri boş
qaytarmayın. Verdiyiniz zəkat ilə malınızı
artırın, verdiyiniz sədəqə ilə başınıza gələn
bəlanı qaytarın, verdiyiniz borc pul ilə
savabınızı artırın. Hər yaxşı əməli Allah üçün
edin, bəndə bilməsə də olur. Əsl yaxşılıq
odur ki, gizlində də aşkarda da gördüyün işi
görəsən (Hz. Muhamməd s.v.s). Allah hər
şeyi görəndir, biləndir. Bəs insanlıq nədir?
Mirzə Əlkbər Sabirin bu misralarını
xatırlamamaq mümkün deyil. Niyə biz
insanlara insanlığına görə deyil, varına,
dövlətinə, vəzifəsinə görə qiymət veririk. Axı
insanlıq pulnan ölçülmür, axı insanlıq vəzifə
ilə də ölçülmür. İnsanlıq elə insanlıqnan
ölçülür, insanlıq səmimiyyətlə ölçülür. İstər
vəzifədə ol, istər fəhlə ol, istər dövlətli ol,
istərsə də kasıb ol, əsas odur ki, insan ol və
insan olduğunu heç vaxt unutma. Əsl insan
odur ki, özündən kiçiklərə salam verə bilsin,
özündən böyüklərə hər kəs salam verə bilir,
əsl insan odur ki, özündən kiçiklərlə səmimi
olsun, özündə böyüklərlə hər kəs səmimi ola
bilir. Əsl insan odur ki, bütün insanların xoş
gününə sevinsin, pis günündə yardımçısı
olsun. Bəli, bax budur əsl insanlıq.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев