çirkinlikləri görməyim deyə. Bəzən əlil olmaq
istəyirəm - pis yola düşə bilməyim deyə. Bəzən
lal olmaq istəyirəm - mənə söz atanlara
susqunluqla acıq verim deyə. Bəzən kar olmaq
istəyirəm - ətrafımda yayılan o pis sözləri
eşitməyim deyə. Bəzən kasıb olmaq istəyirəm -
kasıbların çətinliklərini bilim deyə. Bəzən yetim
olmaq istəyirəm - körpələrin acısını bilim deyə.
Bəzən qulluqçu olmaq istəyirəm - varlı evdə
necə zülüm çəkirlər bilim deyə. Bəzən dilənçi
olmaq istəyirəm - yalandanmı yoxsa
doğurdanmı yoxsuldular bilim deyə. Bəzən oğru
olmaq istəyirəm - oğruların iç dünyasını bilim
deyə. Bəzən qatil olmaq istəyirəm - qatillərdə
səbr varmı bilim deyə. Bəzən yaşamaq
istəmirəm - o biri dünyayı görə bilim deyə.
Bəzən yox olmaq istəyirəm - mənsiz kim
darxacaq bilim deyə. Bəzən məni təhqir etsinlər
istəyirəm - təhqir ediləndə ürək ağrıyırmı ya yox
bilim deyə. Bəzən sevilməmək istəyirəm - tək
tərəfli sevgi nədir bilim deyə. Bəzən uşağım
olmasın istəyirəm - uşaq istəyənlərin acısını
bilim deyə. Bəzən sevginin ən möhkəm acısını
çəkmək istəyirəm - bu acıyı çəkənlərin dərdini
bilim deyə. Bəzən qısqanmaq istəyirəm -
qısqananların hissini bilim deyə. Bəzən əllərimi
qırmaq istəyirəm - birdə üsyanımı yazmayım
deyə!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев