Yadlar əlcək olur əllərimizə
Solğun üzümüzdə donan baxışlar
Qara bir məzardı bu sevgimizə.
Bağlı qapıları nə olar açın,
Yaman alışmışıq biri birimizə.
Əlimi donduran o sarı saçın
Gələn bir payızdı bu sevgimizə.
Sən demə düşmənmiş bizə dost-tanış,
Şeytanlar mələk tək görünüb bizə,
İkimizə bir vaxt deyilən alqış,
Oxunan lənətmiş bu sevgimizə.
Küçənizdən izim silinəcək eh...
Yadlar elçi kimi gələcək sizə.
Verilən hər gülün üstündəki şeh,
Göz yaşım olacaq bu sevgimizə.
Görürəm titrəyir soyuq əllərin,
İsinməz sarılsan qızaran közə.
Utanıb yumduğun nəmli gözlərin
Bağlı qapılardı bu sevgimizə.
Nə olub fələyin yazısın pozub,
Qandal vuraydılar əllərimizə.
İlk dəfə sevgimi yazdığım məktub,
Ölüm fərmanı imiş bu sevgimizə.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев